Icma.az
close
up
RU
Rəqəmsal məkanda qaydaları kim tənzimləyir?

Rəqəmsal məkanda qaydaları kim tənzimləyir?

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və Avropa arasında idarəetmə dartışması

XXI əsrin siyasi və institusional gündəliyində texnologiya anlayışını sadəcə iqtisadi inkişaf aləti kimi dəyərləndirmək düzgün olmaz. Çağdaş dövrümüzdə rəqəmsal platformalar ictimai rəyə təsir edən, siyasi prosesləri formalaşdıran və dövlətlərin təhlükəsizlik arxitekturasında əsas rol oynayan aktorlara çevrilib. Yaranmış reallıq isə müxtəlif ölkələr arasında yeni tənzimləmə mübahisələri doğurur. Son dövrlər müşahidə olunan viza qadağaları məsələsi də məhz bundan qaynaqlanır.

Bu günlərdə ABŞ Amerikanın texnologiya şirkətlərinin tənzimlənməsini nəzərdə tutan qanunların qəbulunu təşviq edən kampaniyanın əsas fiqurlarından olan beş tanınmış avropalıya viza qadağası tətbiq edib. Amerikanın addımı ilk baxışdan kəskin diplomatik addım kimi görünsə də, hadisənin köklərində dayanan səbəblər institusional yanaşma fərqlərini kölgədə qoyur. Bu səbəbdən yaranmış vəziyyətə daha geniş çərçivədə yanaşmaq zəruridir.

Qeyd etdiyimiz kimi, ABŞ tərəfindən tətbiq olunan viza qadağaları 5 avropalı ictimai fiquru əhatə edir. Onların sırasında Aİ-nin daxili bazar üzrə keçmiş komissarı, Avropanın rəqəmsal tənzimləmə arxitekturasının formalaşmasında mühüm rol oynamış Terri Breton xüsusi yer tutur. Digər şəxslər isə Almaniya və Böyük Britaniyada dezinformasiya ilə mübarizə aparan vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və təsisçiləridir. Yəni Vaşinqtonun bu addımı müəyyən siyasi-funksional yanaşmaya yönəlib. Bu yanaşma Avropada son illər güclənən “rəqəmsal məsuliyyət” konsepsiyasından qaynaqlanır. Qadağaların miqyasının məhdud olması, onların iqtisadi və ya təhlükəsizlik sanksiyalarına çevrilməməsi məsələnin daha çox simvolik və preventiv xarakter daşıdığını göstərir. ABŞ tərəfi, faktiki olaraq, rəqəmsal platformaların fəaliyyətini tənzimləyən normativ çərçivələrin qlobal nəticələr doğura biləcəyini və prosesdə Vaşinqtonun narahatlıqlarının nəzərə alınmasının vacibliyini vurğulayır.

Vaşinqtonun mövqeyini birbaşa “təzyiq” və ya “qarşıdurma” kimi qiymətləndirmək doğru deyil. Çünki ABŞ üçün əsas problem Avropa İttifaqının qəbul etdiyi “Digital Services Act” (DSA) kimi normativ aktların eksterritorial (toxunulmazlıq hüququ, beynəlxalq hüquqda dövlətin xarici ölkə başçılarına, diplomatik nümayəndələrə və digər vəzifəli şəxslərə verdiyi imtiyazların məcmusu) təsir ehtimalıdır. Nəzərə alınmalıdır ki, Vaşinqtonda söz azadlığı anlayışı fundamental konstitusion prinsip kimi qəbul edilir. Sözügedən prinsip isə platformalara geniş manevr sahəsi verir. ABŞ-da texnologiya şirkətləri uzun illər ərzində məhz bu azad mühit sayəsində qlobal liderliyə yüksəlməyi bacarıb. Vaşinqton üçün əsas narahatlıq ondan ibarətdir ki, Avropa tərəfindən müəyyən edilən qaydalar zamanla ABŞ şirkətlərinin qlobal fəaliyyət standartlarına çevrilə bilər. Avropa tərəfinin mövqeyi isə Vaşinqtondan xeyli fərqlənir. Brüsselin yanaşmasına görə, real dünyada qanunsuz sayılan davranışların onlayn mühitdə nəzarətsiz qalması hüquqi boşluq yaradır. Burada ABŞ-ın mövqeyi daha çox normativ presedent qorxusu ilə izah olunur. Yəni məsələ bugünkü tənzimləmədən çox, sabah hansı qaydaların qəbul ediləcəyidir. Bununla yanaşı, Avropa Komissiyası və üzv dövlətlər vurğulayırlar ki, DSA konkret olaraq platformaların şəffaflığını artırmaq, istifadəçilərin hüquqlarını qorumaq, dezinformasiyanın sistemli yayılmasının qarşısını almaq məqsədi daşıyır. Xüsusilə seçki proseslərinə müdaxilə, nifrət ritorikasının radikallaşmaya yol açması və süni intellektin manipulyativ imkanları fonunda tənzimləmə zəruri təhlükəsizlik mexanizmi kimi qəbul olunur. Fransa prezidenti Emmanuel Makronun mövcud vəziyyətə münasibəti xüsusilə diqqər çəkir. Onun bu məsələni tənqid etməsinə gəldikdə isə bu mövqe o qədər də inandırıcı görünmür. Çünki Paris uzun müddətdir ki, Avropada “strateji muxtariyyət” və “rəqəmsal suverenlik” anlayışları ilə manipulyasiya etməklə məşğuldur.

Əslində, məsələni daha dərindən analiz etsək, görərik ki, mübahisə qlobal xarakter daşıyır. Çin, Rusiya, Hindistan və digər böyük aktorlar da rəqəmsal məkana öz yanaşmalarını formalaşdırır. ABŞ və Avropa arasında gedən debat isə qlobal modelin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirən əsas nüanslardan biri kimi dəyərləndirilir. Əgər ABŞ modeli bazar azadlığını, Avropa modeli isə normativ məsuliyyəti önə çəkirsə, gələcəkdə bu iki yanaşmanın kəsişmə nöqtəsi tapılmalıdır. Əks halda, dünya rəqəmsal olaraq parçalanmış hüquqi zonalara bölünə bilər. Belə olan halda, ABŞ-ın tətbiq etdiyi viza qadağaları nə transatlantik münasibətlərin sonu, nə də yeni “soyuq müharibə”nin başlanğıcıdır. Bir şey dəqiqdir ki, bu, nə Vaşinqtonun, nə də Brüsselin təkbaşına qərar verəcəyi məsələ deyil. Çünki qlobal rəqəmsal nizam qarşılıqlı anlaşma, hüquqi harmoniya və institusional dialoq yolu ilə formalaşa bilər. Məhz bu baxımdan mövcud mübahisəni tarixi fürsət kimi də qiymətləndirmək mümkündür. Həm də fürsət yaranır ki, ABŞ və Avropa rəqəmsal gələcəyin qaydalarını razılaşma əsasında müəyyən etsinlər.

Beləliklə, baş verənlər göstərir ki, rəqəmsal texnologiyalar artıq diplomatiyanın mərkəzində qərarlaşıb. Platformalar, alqoritmlər və məlumat axınları bu gün siyasi qərarların, ictimai sabitliyin və demokratik institutların taleyini müəyyən edən faktorlara çevrilib. Belə bir şəraitdə istənilən normativ addım qaçılmaz olaraq beynəlxalq rezonans doğurur. ABŞ ilə Avropa arasında yaranmış mövcud fikir ayrılığı da məhz bu reallığın təzahürüdür. Amma fərqli tarixi təcrübələrin, hüquqi ənənələrin və siyasi mədəniyyətlərin eyni qlobal problemə müxtəlif həll yolları müzakirə oluna bilər. Hazırda ABŞ üçün söz və platforma azadlığı, Avropa üçün isə ictimai məsuliyyət və hüquqi nəzarət ön plandadır. Hər iki yanaşma öz daxilində məntiqdir və ikisi də qlobal rəqəmsal sistemin müəyyən aspektlərini qorumağa yönəlib. Tərəflərin bu fürsətdən necə istifadə edəcəyini isə zaman göstərəcək.

Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi

ABŞ və Avropa İttifaqı arasında dərinləşən Transatlantik uzaqlaşma fonunda Tramp administrasiyasının keçmiş Avropa Komissarı Tyerri Breton da daxil olmaqla beş tanınmış avropalı şəxsə viza qadağası tətbiq etməsi diqqətçəkən siyasi addım kimi qiymətləndirilir. Gərginliyin kökləri bu ilin əvvəlində Aİ-nin Rəqəmsal Xidmətlər Aktı çərçivəsində ABŞ-a məxsus sosial media platformaları — “X” və “Facebook” daxil olmaqla araşdırmalara başlamasına gedib çıxır. Tramp administrasiyası prosesi ABŞ texnologiya şirkətlərinə qarşı yönəlmiş və “Amerikanın səsini sıxışdırmağa xidmət edən” həddindən artıq tənzimləmə kimi dəyərləndirib. ABŞ dövlət katibi Marko Rubionun bunu “eksterritorial senzura” adlandırması isə, əslində, ABŞ–Aİ münasibətlərində daha dərin fikir ayrılıqlarının konkret sahələrdə təzahürü kimi dəyərləndirilə bilər. Sözügedən qərar Ağ Evin xarici siyasət xətti ilə tam uzlaşır.

Bununla yanaşı, Tramp administrasiyası dəfələrlə Aİ-nin “Transatlantik alyans” çərçivəsində üzərinə düşən yükü kifayət qədər bölüşmədiyini vurğulayaraq, həm Brüsselin, həm də üzv dövlətlərin daha ciddi öhdəlik götürməli olduğunu bildirib. Son dövrlər artan sərt ritorika, beynəlxalq arenada nümayiş etdirilən məsafəli davranış mövcud ziddiyyətlərin dərinləşdiyini göstərir. Mübahisələrin artıq yalnız texniki və ya iqtisadi sahələrlə məhdudlaşmaması, mədəni və siyasi çalarlar alması isə beynəlxalq təhlükəsizlik baxımından əlavə risklər yaradır. ABŞ-ın Aİ-yə müttəfiq kimi yanaşmada tərəddüd etməsi Vaşinqtonun xarici siyasət prioritetlərində Brüsselin rolunun zəiflədiyini göstərir. Aİ-nin xarici siyasətdə müstəqil xətt axtarışları fonunda tərəflər arasında praqmatik və həllyönümlü dialoq imkanları da daralır.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see287

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see230

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see227

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see189

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see187

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see184

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see181

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see181

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see177

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see172

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see169

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see168

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see161

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see160

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see160

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see157

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see157

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see156

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri