Icma.az
close
up
RU
Rəqəmsal məktəb operativ və şəffaf kommunikasiya mühiti yaradır

Rəqəmsal məktəb operativ və şəffaf kommunikasiya mühiti yaradır

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanda 900 mindən çox şəxs "Rəqəmsal məktəb" platformasından istifadə edir. Bakıda 354 ümumi orta təhsil müəssisəsi "Rəqəmsal məktəb" layihəsinə keçib. 2025-ci ilin sentyabr ayından etibarən, platformadan 543 min 255 şagird, 44 min 552 pedaqoji heyət üzvü və 360 min 709 valideyn istifadə edir. 

Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnal tətbiq olunması ilə bağlı bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılır. Yeni platformada şagirdlər dərslərini və cədvəllərini izləyə, valideynlər övladlarının qiymətləri ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi işlərini idarə edə bilirlər. Müəllimlər isə elektron jurnalda qiymətləri qeyd edə bilirlər. Beləliklə də, artıq elektron jurnallar ənənəvi jurnalları əvəz edir. Bu yenilik müəllimlər və valideynlərlə effektiv kommunikasiya, eləcə də valideynlərin övladlarının təhsilinə hərtərəfli nəzarət etməsinə imkan yaradır.

Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyir ki, "Rəqəmsal məktəb" layihəsi çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçi hazırlanır: "Bu alətin köməyi ilə şagirdlər süni intellekt əsaslı işi öyrənəcəklər. "Rəqəmsal məktəb" layihəsinin istifadəçi sayı 900 mini keçib, 543 255-i isə şagirddir. Həmçinin, 360 709 valideyn bu platformada qeydiyyatdan keçib. Platformada əsas istifadəçi valideynlərdir. Valideyn əvvəlcə sistemdə qeydiyyatdan keçməli, daha sonra övladını şəxsi kabinetinə əlavə etməlidir. Valideynlərin platformadakı fəallığı sorğularda iştirak, direktorlarla görüş alətlərindən istifadə və digər rəqəmsal imkanlar vasitəsilə ölçülür. Bu yaxınlarda "Rəqəmsal məktəb" platformasında məktəblərlə bağlı sorğu keçirilib. Sorğuda 2 min müəllim, 200 mindən çox valideyn iştirak edib. Valideynlər "Rəqəmsal məktəb" platforması vasitəsilə təhsil müəssisəsinin direktoru ilə görüş üçün onlayn müraciət edə və vaxt təyin edə bilirlər. Bu tətbiq məktəb rəhbərliyi ilə valideyn arasında operativ və şəffaf kommunikasiya mühiti yaradır".

Elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlərə də böyük imkanlar verir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə şərait yaradır: "Belə ki, valideynlər övladlarının tədris nəticələrini elektron jurnal vasitəsilə öyrənmə imkanı əldə edirlər. Bu sistem vasitəsilə onlar övladlarının dərsə davamiyyəti, aldığı qiymətlər, müəllimin qeydləri ilə asanlıqla tanış ola bilirlər. Ənənəvi gündəlik və ya kağız jurnallardan fərqli olaraq məlumatlar daha operativ, dəqiq və şəffaf şəkildə təqdim olunur. Valideynlər yalnız valideyn iclasları zamanı deyil, istənilən vaxt tədris prosesi ilə bağlı məlumat əldə edə, zərurət yarandıqda direktorla daha tez əlaqə qura bilirlər. Bu isə qarşılıqlı etimadı gücləndirir, anlaşılmazlıqların qarşısını alır və uşaqların inkişafı baxımından məktəb-ailə əməkdaşlığını daha səmərəli edir. Nəticədə valideynlər passiv izləyici deyil, təhsil prosesinin fəal iştirakçısına çevrilirlər. Reallıqdır ki, təhsil artıq sadəcə sinif otaqları ilə məhdudlaşmır. O, rəqəmsal mühitə doğru çox sürətlə irəliləyir. Bugünkü məktəb artıq əvvəlki məktəb deyil. Yenilənən idarəetmə üsulları, texnoloji imkanlar və açıq informasiya mühiti təhsili yeni mərhələyə daşıyır. Tətbiq olunan rəqəmsallaşma idarəetmədən qiymətləndirməyədək bütün prosesləri əhatə edərək təhsilin təşkilində yeni bir mərhələ formalaşdırır, məktəblərimiz addım-addım daha müasir mühitə doğru irəliləyir. Texnologiyanın təhsillə inteqrasiyası təkcə işi asanlaşdırmır, həm də şagirdlərin gələcəyə daha hazırlıqlı yetişməsinə şərait yaradır. Bu dəyişikliklər yalnız məktəbdaxili proseslərə deyil, bütövlükdə cəmiyyətin təhsilə baxışına da təsir göstərir".

V.Xanlarov əlavə edib ki, "Rəqəmsal məktəb" layihəsi hazırda yalnız Bakıda tətbiq edilir, gələcəkdə regionlarda da fəaliyyət göstərəcək: "Rəqəmsal məktəb" platformasının regionlarda da tətbiqinin hazırda müzakirə mərhələsindədir. "Rəqəmsal məktəb" platforması və elektron jurnallar təhsilalan və təhsilverənlər üçün yeni imkanlar yaradır. Bu platforma təhsildə şəffaflığı artırmaq məqsədinə xidmət edir. Təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri kimi təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edən rəqəmsallaşmanı göstərə bilərik. Rəqəmsal texnologiyalar tədris prosesinin daha çevik, şəffaf və effektiv təşkilinə imkan yaradır, məlumatların operativ idarə edilməsini təmin edir və təhsilin bütün iştirakçıları arasında kommunikasiyanı gücləndirir. Bu baxımdan paytaxtın ümumi təhsil müəssisələrində uğurla tətbiq olunan "Rəqəmsal məktəb" platforması müvafiq transformasiyanın ən bariz nümunəsidir. Məqsəd müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin olunması, interaktivlik və əlçatanlığı təmin etməkdir. Həmçinin bu platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, təhsildə şəffaflığı artırmaq məqsədlərinə xidmət edir".

O qeyd edib ki, təhsil sisteminin informasiyalaşdırılması və rəqəmsallaşması üç əsas istiqamətdə həyata keçirilir. Rəqəmsallaşma prosesi ilk növbədə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması və genişləndirilməsini, təhsil müəssisələrinin müasir rəqəmsal avadanlıqlarla təminatını, eləcə də tədris və idarəetmədə rəqəmsal həllərin tətbiqini əhatə edir.

V.Xanlarov bu istiqamətlər üzrə görülən işlərin təhsildə məlumat mübadiləsinin sürətləndirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Vüsal Xanlarovun dediyinə görə, "Rəqəmsal məktəb" layihəsi vasitəsilə müəllimlərin hansı çətinliklərlə üzləşdiklərini müəyyənləşdirmək mümkündür: "Gənc müəllimlər "Rəqəmsal məktəb"i daha tez qavrayır. Biz sistemdə artıq müəllimlərin hansı çətinliklərinin olduğunu görə bilirik".

V.Xanlarov bildirib ki, hazırda elektron jurnallar məktəblərdə işləyir, lakin onların effektivliyi yalnız tətbiq edildikcə qiymətləndirilə bilər: "Elektron jurnal istifadəyə verildikdə müəllimlərin buna tam imkanları olmalıdır. Bu sistemlərdən səmərəli istifadə olunması üçün müəllim otaqlarını tam müasirləşdiririk. Ancaq sistemi tətbiq etməzdən əvvəl mövcud problemləri də aradan qaldırmalıyıq".

Elektron jurnalların tətbiqi müəllimlərin iş yükünü azaltmaqla bərabər, həm də kağız sənəd dövriyyəsini minimuma endirib: "Platforma dərs cədvəllərinin elektron formada hazırlanması, dərs mövzularının və qiymətləndirmənin sistem üzərindən paylaşılması, davamiyyətin operativ aparılması kimi üstünlüklər təqdim edir. Həmçinin təhsil müəssisələrinin direktorları elektron sistem üzərindən rəhbərlik etdikləri müəssisələrdə çalışan müəllimlərin hesabatlılığını izləyə bilirlər. Direktor və təhsili idarəetmə qurumları platforma vasitəsilə dərsdə iştirak etməyən şagirdlərin davamiyyət göstəricilərinə real vaxt rejimində nəzarət edə bilirlər ki, bu mexanizm də davamiyyətin şəffaflığını təmin etməklə yanaşı, tədrisdən yayınan və davamiyyət göstəriciləri aşağı olan şagirdlərin operativ şəkildə müəyyən edilməsinə imkan yaradır. Şagirdlərə gəlincə, onlar öz qiymətlərini, davamiyyətlərini, ev tapşırıqlarını və dərs materiallarını platforma üzərindən istənilən vaxt izləyə bilirlər. Bu da onların məsuliyyət hissini artırır, tədrisə marağı gücləndirir. Bakıdakı ümumi təhsil müəssisələrində elektron jurnalların tətbiqinin "Rəqəmsal məktəb" platforması üzərindən aparılması sayəsində artıq ənənəvi kağız jurnallardan istifadə olunmur. Hazırda sinif jurnalları elektron sistem vasitəsilə daha sürətli və operativ qaydada işlənilir. Müəllimlər əvvəllər kağız jurnalları doldurmaq, qeydləri yeniləməyə vaxt sərf edirdilərsə, indi bu proses elektron jurnal vasitəsilə vaxt itkisi olmadan daha çevik şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim öz işini daha asan təqdim edə bilir. Hazırda paytaxtın 353 məktəbində elektron jurnal tətbiq olunur.

O əlavə edib ki, Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti "myGov" (mobil və veb-portal) platformasına inteqrasiya edilib. Platforma vasitəsilə vətəndaşlar övladlarının cari ümumi təhsili haqqında məlumatlar, müvafiq təhsil göstəriciləri, cari ali və orta ixtisas təhsili haqqında məlumatlar, ümumi təhsil barədə məlumatlar, peşə təhsili sənədləri barədə məlumatlar, xaricdə təhsillə bağlı Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil, xarici diplomlar, diplom məlumatlarını əldə edə bilirlər: "Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir. Bununla yanaşı, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı MyGovID/SİMA-ya qoşulub. Bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib. Qeyd edim ki, son illər ümumi təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasında ciddi artım qeydə alınıb. Hazırda şagirdlərin 82 faizi genişzolaqlı internet, 18 faizi isə digər qoşulma vasitələri ilə əhatə olunur. 2017-ci ildə cəmi 171 məktəb genişzolaqlı internetlə təmin olunmuşdusa, bu göstərici 2021-ci ildə 1159-a, 2023-cü ildə 1737-yə yüksəlib. 2024-cü ildə 2906 məktəb genişzolaqlı şəbəkəyə qoşulub. 2026-cı ildə isə bu rəqəm 2957-yə çatıb. ADSL texnologiyasından istifadə edən məktəblərin sayı azalıb. 2017-ci ildə 1672 məktəb ADSL bağlantısından istifadə edirdisə, 2023-cü ildə bu göstərici 999-a düşüb. 2025-ci ildə 49, 2026-cı ildə isə cəmi 35 məktəbdə ADSL bağlantısı qalıb. 2017-ci ildə 439 məktəb simsiz şəbəkə ilə təmin edilibsə, 2021-2022-ci illərdə bu göstərici 1964 və 2069-a qədər yüksəlib. Son illərdə isə genişzolaqlı bağlantının üstünlük qazanması fonunda simsiz qoşulmaların sayı nisbətən azalıb və 2026-cı ildə 1222 təşkil edib".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:344
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri