Icma.az
close
up
RU
Sosial mediada canlı efirlər: Şəffaf və operativ kommunikasiya modeli

Sosial mediada canlı efirlər: Şəffaf və operativ kommunikasiya modeli

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir informasiya dövründə ictimaiyyətlə əlaqələr artıq təkcə rəsmi açıqlamalar və yazılı məlumatlarla məhdudlaşmır. İnsanlar informasiyanı daha sürətli, daha şəffaf və daha səmimi formada almaq istəyirlər. Məhz bu səbəbdən canlı yayımlar sosial şəbəkələrdə müasir PR strategiyasının ən təsirli alətlərindən birinə çevrilib.

Canlı yayım sadəcə video format deyil. Bu, auditoriya ilə birbaşa ünsiyyət, qarşılıqlı etimad və açıq dialoq platformasıdır. Ənənəvi kommunikasiya birtərəfli məlumat ötürməyə əsaslanırdısa, canlı efir sual-cavab, fikir mübadiləsi və real zamanlı reaksiya imkanı yaradır. Bu isə PR-ın əsas prinsipi olan qarşılıqlı ünsiyyət modelini gücləndirir.

Etimadın formalaşmasında canlı ünsiyyətin rolu

Xüsusilə səhiyyə sahəsində insanlar etibarlı və dəqiq məlumat axtarışındadırlar. Həkimlərin və mütəxəssislərin sosial şəbəkələr vasitəsilə canlı çıxış etməsi, sualları birbaşa cavablandırması və mürəkkəb tibbi mövzuları sadə dildə izah etməsi cəmiyyətdə güvən yaradır.

Canlı efirdə mimika, səs tonu və təqdimat üslubu da mesajın qəbuluna təsir edir. Bu isə yazılı mətndən fərqli olaraq daha emosional və daha təsirli kommunikasiya imkanı verir.

Peşəkar PR yanaşmasına görə, hər bir kommunikasiya fəaliyyəti planlı və məqsədyönlü olmalıdır. Canlı yayım da istisna deyil. Əvvəlcə maarifləndirmə nə məqsəd daşımasını müəyyənləşdirmək lazımdır. Məqsəd aydın olduqda mesaj da daha təsirli olur.

Canlı yayımın texniki tərəfi də az əhəmiyyət daşımır. Aydın səs, düzgün işıqlandırma, səliqəli fon və rahat çıxış mühiti peşəkarlıq göstəricisidir. Xüsusilə tibbi müəssisələr üçün vizual səliqə və rəsmi atmosfer etimad faktorunu artırır. İzləyici ilk saniyələrdə qərar verir: izləsin, yoxsa keçsin. Buna görə təqdimatın estetik və texniki səviyyəsi vacibdir.

Dezinformasiya və ya yanlış məlumat yayıldığı hallarda canlı yayımlar sürətli və şəffaf açıqlama vermək üçün ən effektiv vasitələrdən biridir. Belə hallarda rəsmi mövqe gecikmədən faktlara əsaslanan məlumat təqdim edilməlidir. Həmçinin, auditoriyanın sualları açıq şəkildə cavablandırılmalıdır. Şəffaflıq reputasiyanın qorunmasının əsas şərtidir.

Səhiyyə sektorunda canlı efirlərin əsas məqsədi reklam deyil, cəmiyyətin sağlamlıq savadlılığını artırmaqdır. Profilaktik müayinələrin əhəmiyyəti, düzgün həyat tərzi, erkən diaqnostika və müasir müalicə üsulları barədə məlumatların birbaşa çatdırılması həm sosial məsuliyyət, həm də effektiv PR nümunəsidir.

Bu format həkimlə vətəndaş arasında psixoloji məsafəni azaldır, müraciət etməyi asanlaşdırır və açıq kommunikasiya mühiti yaradır. Sosial şəbəkələrdə canlı yayımlar müasir ictimaiyyətlə əlaqələrin dinamik və təsirli formasıdır. Düzgün planlaşdırılmış, peşəkar şəkildə təşkil olunmuş və səmimi təqdim edilmiş canlı efirlər təşkilatın reputasiyasını möhkəmləndirir, ictimai etimadı artırır və davamlı kommunikasiya platforması yaradır. Canlı ünsiyyət informasiya deyil, münasibət yaradır. Müasir PR isə məhz bu münasibətlərin üzərində qurulur.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri