Icma.az
close
up
RU
“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatları və gənclərlə görüş keçirilib AZƏRTAC

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatları və gənclərlə görüş keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatlarının nümayəndələri və gənclərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qalibləri təbrik edərək həyata keçiriləcək layihələrin gənclərin texnologiya sahəsində innovativ fikirlərinin üzə çıxarılması və rəqəmsal biliklərinin daha da artırılması istiqamətində böyük önəm daşıyacağını vurğulayıb.

Qrant müsabiqəsinin Ekspert Komissiyasının üzvü olan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov ölkəmizdə rəqəmsallaşmanın sürətlənməsinə dəstək olan bu kimi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Görüşdə qrant müsabiqəsi çərçivəsində qalib gənclər təşkilatları və fiziki şəxslər tərəfindən layihələrin icrası zamanı ayrılmış qrant vəsaitindən istifadənin səmərəliliyinin artırılması üçün rəqəmsallaşma üzrə ixtisaslaşmış müvafiq tərəfdaşların cəlb edilməsinin vacibliyindən bəhs edilib, fond tərəfindən aidiyyəti üzrə dövlət-özəl əməkdaşlığı çərçivəsində tərəfdaşların cəlb olunmasında dəstək göstəriləcəyi bildirilib. Qalib layihələrin icra müddətində görülən işlərin əhatə dairəsinin genişləndirmək və məhsuldarlığını artırmaq məqsədilə fond tərəfindən mütəmadi görüşlərin təşkil olunacağı da qeyd olunub.

Görüşün yekununda gənclər təşkilatlarının nümayəndələri və fiziki şəxslər üçün fondun əməkdaşları tərəfindən qrant müqaviləsinin bağlanması, təsviri və maliyyə hesabatlarının verilmə qaydaları haqqında məlumat verilib, eyni zamanda qalibləri maraqlandıran suallar cavablandırılıb.

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin əsas məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanında yaradıcı rəqəmsal məzmunlar yaratmasını təşviq etməkdir.

Fondun Müşahidə Şurasının qərarına əsasən qrant müsabiqəsinin nəticəsi olaraq gənclər təşkilatlarının 17, gənclərin isə 55 layihəsi dəstəklənib.

Qeyd edək ki, AZƏRTAC-ın əməkdaşı “Neft və təsviri sənət” layihəsi ilə qrand müsabiqəsinin qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri