Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Rəqəmsal transformasiya davamlı inkişafın əsasıdır DEPUTAT

Rəqəmsal transformasiya davamlı inkişafın əsasıdır DEPUTAT

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son illər dünya praktikası göstərir ki, rəqəmsallaşma dövlətlərin davamlı inkişafını, iqtisadi rəqabət qabiliyyətini və idarəetmənin səmərəliliyini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bir ölkə məhz rəqəmsal texnologiyaların geniş tətbiqi hesabına dövlət xidmətlərinin keyfiyyətini yüksəldir, innovasiyaları təşviq edir və iqtisadi artım üçün yeni imkanlar yaradır. Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin rəqəmsal gələcəyinə dair bir sıra taleyüklü hədəflərin müəyyənləşdirilməsi və dövlət qurumlarının fəaliyyətinin vahid yanaşma əsasında əlaqələndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Müasir qlobal iqtisadiyyatda rəqabət qabiliyyəti artıq yalnız təbii resurslar və ya coğrafi mövqe ilə deyil, ölkələrin rəqəmsal potensialı ilə ölçülür. Bu kontekstdə Azərbaycanda rəqəmsal transformasiya sadəcə texnoloji yenilənmə prosesi deyil, dövlət idarəçiliyini, biznes mühitini və sosial həyatı köklü şəkildə dəyişən strateji inkişaf istiqamətidir. Ölkədə dayanıqlı rəqəmsal ekosistemin qurulması və onun çevik tənzimləmə mexanizmləri vasitəsilə idarə olunması rəqəmsal suverenliyin və innovativ inkişafın əsas bünövrəsini təşkil edir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

K.Bayramov qeyd edib ki, Azərbaycanın rəqəmsal gündəliyi möhkəm qanunvericilik bazasına və uzunmüddətli strateji hədəflərə əsaslanır:

"Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi ölkənin növbəti onillik üçün inkişaf istiqamətlərini və innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirir. Sənəddə təsbit olunmuş beş əsas milli prioritetdən biri "Müasir innovasiyalar məkanı və rəqabət qabiliyyətli insan kapitalı" adlanır. Bu prioritet rəqəmsal ekosistemin inkişafını, innovativ sahibkarlığın dəstəklənməsini, rəqəmsal bacarıqların artırılmasını və müasir texnologiyaların geniş tətbiqini dövlət siyasətinin mühüm istiqamətinə çevirir. Strategiya çərçivəsində dövlət orqanlarında rəqəmsallaşmanın vahid standartlar əsasında həyata keçirilməsi, "Rəqəmsal hökumət" ekosisteminin təkmilləşdirilməsi və dövlət xidmətlərinin tam elektronlaşdırılması əsas hədəflər sırasındadır. Eyni zamanda, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqi Azərbaycanın rəqəmsal inkişaf modelinin praktik təzahürüdür. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə - Zəngilanın Ağalı kəndində, eləcə də Füzuli və Şuşa şəhərlərində həyata keçirilən layihələr rəqəmsal infrastrukturun Böyük verilənlər (Big Data), Əşyaların interneti (IoT) və digər müasir texnologiyalarla inteqrasiyasına əsaslanaraq innovativ yaşayış və idarəetmə modelinin formalaşdırılmasına xidmət edir".

Deputat diqqətə çatdırıb ki, iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Bu iclas isə ölkənin rəqəmsal gələcəyinə dair strateji hədəflərin müəyyənləşdirilməsi və dövlət qurumlarının fəaliyyətinin vahid yanaşma əsasında əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"İclasda bildirilib ki, cari ilin fevral ayında verilmiş qərar və tapşırıqlara uyğun olaraq rəqəmsal inkişaf üzrə konkret Fəaliyyət Planı təsdiqlənib. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən Yol Xəritəsi müəyyənləşdirilib. Şuranın əsas missiyası müxtəlif dövlət qurumlarının fəaliyyətində koordinasiyanı gücləndirmək, pərakəndəliyi aradan qaldırmaq və vahid idarəetmə yanaşmasını formalaşdırmaqdır. Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında vurğulayıb ki, süni intellekt artıq gələcəyin deyil, bugünkü inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib və dövlətlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Buna görə də informasiya məkanının etibarlı qorunması, kibertəhlükələrə qarşı dayanıqlı müdafiə mexanizmlərinin qurulması Şuranın prioritet fəaliyyət istiqamətlərindən biri olacaq. Bununla yanaşı, Şuranın fəaliyyəti yalnız rəqəmsal texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Əsas məqsədlərdən biri İKT sektorunun inkişafını sürətləndirmək, yerli və xarici investisiyaları təşviq etmək, innovativ startaplara dövlət dəstəyini genişləndirmək və nəticədə daha çevik, şəffaf, eləcə də səmərəli dövlət idarəetmə modelini formalaşdırmaqdır. Azərbaycanın rəqəmsal transformasiya strategiyasının icrası bir neçə əsas istiqamət üzrə həyata keçirilir. Bunlardan biri "Hökumət buludu" (G-Cloud) layihəsidir. Bu model dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda mərkəzləşdirilməsini təmin etməklə resurslardan səmərəli istifadəni, məlumatların etibarlı mühafizəsini və dövlət xidmətlərinin fasiləsizliyini hədəfləyir. Digər mühüm istiqamət isə "Kağızsız hökumət" (Paperless Government) konsepsiyasıdır. Dövlət orqanları daxilində və onlar arasında sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması bürokratik prosedurların sadələşdirilməsinə, idarəetmədə operativliyin artırılmasına və qərarların daha çevik qəbul edilməsinə imkan yaradır. Azərbaycanın rəqəmsal transformasiya siyasətində 2026-cı il institusional koordinasiyanın gücləndirilməsi baxımından mühüm mərhələ kimi yadda qalıb. Prezident İlham Əliyevin rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Fərmanına əsasən, ölkədə ali əlaqələndirici qurum  Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb". 

K.Bayramov əlavə edib ki, Uğurlu rəqəmsal ekosistemin əsas göstəricisi vətəndaş, biznes və dövlət arasında səmərəli inteqrasiyadır:

"Bu gün "myGov" və "Digital Login" platformaları dövlət xidmətlərini proaktiv modelə keçirərək daha əlçatan edir. Paralel olaraq, Mərkəzi Bankın rəqəmsal ödəniş strategiyası fintex sektorunun və nağdsız hesablaşmaların inkişafını sürətləndirir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən tətbiq edilən "Sandbox" tənzimləmə rejimi və İKT şirkətlərinə verilən vergi-gömrük güzəştləri innovativ startapların real bazara çıxışını asanlaşdırır. Prosesin davamlılığı üçün isə insan kapitalı və infrastruktur diqqət mərkəzindədir: "Technest" təqaüd proqramı ixtisaslı kadr hazırlığına, "Onlayn Azərbaycan" layihəsi isə ölkənin hər bir bölgəsində yüksəksürətli internet təminatına xidmət edir. Bu addımlar Azərbaycanı regionun aparıcı rəqəmsal mərkəzinə çevirmək məqsədi daşıyır. Nəticə etibarilə, Azərbaycanda rəqəmsal transformasiya ayrı-ayrı xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır, dövlət idarəçiliyinin keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyətə başlayan Rəqəmsal İnkişaf Şurası bu prosesin vahid koordinasiya əsasında həyata keçirilməsini təmin edən mühüm institusional platformadır. Növbəti üç il üçün müəyyənləşdirilmiş Yol xəritəsinin, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan tədbirlərin ardıcıl icrası Azərbaycanın rəqəmsal iqtisadiyyatını daha da gücləndirəcək, ölkənin regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyini möhkəmləndirəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri