Icma.az
close
up
RU
Rəqəmsal Üfüqlər Proqramına gələn aydan start veriləcək Nazir müavini

Rəqəmsal Üfüqlər Proqramına gələn aydan start veriləcək Nazir müavini

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılmasını nəzərdə tutan "Rəqəmsal Üfüqlər" Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına oktyabr ayından etibarən start veriləcək".

525.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Rəşad Həsənov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə "Baku ID" çərçivəsində Azərbaycanın aparıcı texnologiya şirkətləri və startapları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Proqram çərçivəsində dövlət qurumlarında çalışan 30 min şəxs üçün yeni öyrənmə platforması hazırlanmış, platformada süni intellekt, kibertəhlükəsizlik sahələrini əhatə edən materiallar, imtahan modulları yerləşdirilib.

"Rəqəmsal bacarıqların sistemli şəkildə inkişaf etdirilməsi, dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi və əməkdaşların müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə səriştələrinin gücləndirilməsi məqsədi daşıyır", - nazir müavini qeyd edib.

Azərbaycanda İT sahəsində insan kapitalının yetişdirilməsi məsələsinə toxunan Rəşad Həsənov əmək bazarında müəyyən çağırışların olduğunu bildirib: "İT əmək bazarının tələb və təklifi arasında böyük fərq mövcuddur. İT ixtisası ilə məzun olanların sayı kifayət qədər olsa da, məzunlar öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkirlər. Digər tərəfdən, İT şirkətləri sahə üzrə orta və yüksək təcrübəli əməkdaşlar tapmaqda çətinlik çəkir. Başqa sözlə, bazarda tələb və təklif arasında tarazlıq pozulur".

O, həmçinin qeyd edib ki, bu məsələnin həlli üçün dünya təcrübəsi öyrənilib və müvafiq islahatlar çərçivəsində İT mütəxəssislərinin yetişdirilməsi, yenidən ixtisaslaşdırılması və əmək bazarına cəlb edilməsi mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov isə çıxışı zamanı Agentliyin hazırladığı "OpenWave" Açıq İnnovasiya Proqramını ekosistem nümayəndələrinin diqqətinə çatdırıb. O bildirib ki, proqram qurumların və təşkilatların real əməliyyat problemlərinin süni intellekt texnologiyası əsasında həlli imkanlarını ehtiva edir: "Bu proqram qurumların üzləşdiyi real çağırışlarla startap həlləri arasında körpü yaradır. Belə ki, qurumların müəyyən etdiyi problemlər üzrə vörkşoplar keçirilir və bu zaman startap həlləri təqdim edilir. Seçilmiş həllər real iş mühitində prototip səviyyəsində sınaqdan keçirilir və nəticəni qurumlar təhlil edir".

O əlavə edib ki, ilkin mərhələdə proqram "Plug and Play" ilə birlikdə "Azərbaycan Dəmir Yolları" və "Bakı Metropoliteni" QSC-lər üçün bu ay həyata keçirilib.

Görüşün təqdimat hissəsindən sonra şirkətlərlə müzakirə baş tutub. Tədbir iştirakçıları texnoparklar, həm yerli, həm də xarici bazarlarda genişlənmə potensialının artırılması, startapların üzləşdiyi çağırışlar və digər mühüm mövzulara dair fikir mübadiləsi aparıblar. İRİA-nın mütəmadi keçirdiy "Ecosystem Meetup" tədbirlərinin əsas məqsədi innovasiya ekosistemində əlaqələri gücləndirmək, təcrübə, bilik, nailiyyətlər və planlar haqqında ətraflı müzakirə aparmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri