Icma.az
close
up
RU
Rəqsanə polis nəzarətində: Toya gedə bilməyəcək?

Rəqsanə polis nəzarətində: Toya gedə bilməyəcək?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

Maraqlıdır, müğənni nəzarət altında yenidən fəaliyyətinə davam edə bilər? 

Vəkil Rəhim Xoyski “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, polis nəzarəti altında olan şəxs müəyyən qətimkan tədbirinə tabedir və onun gündəlik həyatı tam sərbəst olmur:

“Şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan yaşadığı yaşayış məntəqəsinin (məsələn, Bakı şəhərinin) hüdudlarından kənara çıxa və ya başqa yerə gedə bilməz.

O, müəyyən olunmuş qrafik üzrə polis orqanına gəlməli və gəlişini qeydiyyatdan keçirməlidir. Zərurət yarandıqda şəxs istənilən vaxt polis orqanına çağırıla bilər.
Müğənni və ya digər statusda olan şəxsin kütləvi tədbirlərdə iştirakı ilə bağlı vəziyyətdə, əgər tədbir şəxsin yaşadığı və qeydiyyatda olduğu yaşayış məntəqəsinin hüdudları daxilindədirsə, qanun birbaşa qadağa qoymur.

Lakin şəxs polisə gəlmə vaxtına riayət etməlidir və həmin vaxt tədbirdə ola bilməz. Əgər konsert və ya tədbir başqa şəhər və ya rayondadırsa, müstəntiqin və ya məhkəmənin xüsusi icazəsi olmadan ora getmək qətimkan tədbirinin pozulması sayılır. Bu halda qətimkan tədbiri daha ağır tədbirlə (məsələn, həbslə) əvəz oluna bilər.

Şəxs öz şəhəri və ya rayonu daxilində toy və ya yas mərasimlərinə gedə bilər, əgər məhkəmə tərəfindən konkret olaraq kütləvi yerlərə getmək qadağası qoyulmayıbsa.

Başqa rayonda keçirilən toy və ya yas mərasiminə getmək üçün isə mütləq icraatda olan orqandan (müstəntiq və ya məhkəmə) icazə alınmalıdır. Adətən yaxın ailə üzvlərinin yas mərasimləri üçün belə icazələr verilir, lakin bu, hər dəfə rəsmi qaydada rəsmiləşdirilməlidir”.

Vəkil qeyd edir ki, polis nəzarəti “ev dustaqlığı” deyil:

“Ev dustaqlığında şəxsə evdən çıxmaq tamamilə qadağan edilə bildiyi halda, polis nəzarətində əsas məhdudiyyət yaşayış məntəqəsini tərk etməmək, qeydiyyat qaydalarına əməl etmək və polis nəzarətinə tabe olmaqdır”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: Rəqsanə Rəhim Xoyski

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Aprel 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri