Rəsmi Bakı Pakistana başsağlığı verdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda kömür mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib.
“Pakistanın Bəlucistan vilayətində kömür mədənində bir çox insanın ölümünə və xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, həmçinin qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığımızı çatdırırıq.
Yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş bütün şəxslərin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - məlumatda qeyd olunub.
Baxış sayı:128
Bu xəbər 03 Avqust 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















