Icma.az
close
up
RU
Azərbaycanın D8ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad ŞƏRH

Azərbaycanın D8ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad ŞƏRH

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Bundan sonra təşkilat D-9 adlanacaq. Təşkilat heç bir beynəlxalq qurumlara alternativ və y düşmən deyil, adından da göründüyü kimi iqtisadi əməkdaşlığa üstünlük verir.

1996-cı il oktyabrın 22-də “İnkişafda əməkdaşlıq konfransı”ından onun qurulmasına hazırlıq işlər görülməyə başlayıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D-8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib.

Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır:

- müharibə deyil, sülh, münaqişə deyil, dialoq;

- ikili standartlar deyil, ədalət;

- üstünlük deyil, bərabərlik;

- müstəmləkə deyil, ədalətli düzən;

- zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.

Təşkilata üzv dövlətlər bunlardır: Azərbaycan, Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan.

D-9 çərçivəsində əməkdaşlıq aşağıdakı sektorlar əsasında həyata keçirilir: regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə və insan resursları, elm və texnologiya, maliyyə, bankçılıq və özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühit.

Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.

D-9 regiona deyil, qlobal mahiyyətli təşkilatdır. O, qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir forumdur.

Üzv ölkələr arasında iqtisadiyyat ən çox sənayeləşmiş (inkişaf etmiş) Türkiyədir. Onun ardınca İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş gəlir.

Avropa, Asiya və Afrikanı, üç qitəni əhatə edən səkkiz ölkənin (Azərbaycan daxil olanadək) ümumdaxili milli məhsulun həcmi hazırda 4,5 trilyon dolları ötüb. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dollardır. Qurum dünya müsəlmanlarının 60 faizini (dünyada onların sayı təxminən 1,2 milyard nəfərdir) təşkil edir.

D-8 (Azərbaycan üzv olana qədər) indiyədək 11 zirvə toplantısı keçirib. Təşkilat qurulanda üzv ölkələrin adaçbaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.

Təşkilat qütblərə bölünən, çəkişmələrdən bezən, iddialı, hikkəli rejimlərin, güclərin təzyiqindən, təsirindən xilas olmaq üçün bir alternativdir. O, bu kimi hallardan xilas olmaq istəyən dövlətləri əməkdaşlığa dəvət edir. Çünki onun prinsiplərində müstəmləkəçilik, istismar və başqa kolonial əlamətlə yoxdur.

İndiki D-9 iqtisadi cəhətdən inkişaf edən müsəlman ölkələrin birliyinin yaradılması ideyası Türkiyədə XX əsrin ortalarında yaranıb. 1943-ci il sentyabrın 17-dən 1978-ci il iyunun 14-dək Türkiyədə “Böyük Doğu” (“Böyük Şərq”) adlı məcmuə, dərgi yayımlanıb. Onun fikir atası məşhur ideoloq, şair Nəcip Fazil Kısakürək olub. Dərginin 512 sayı işıq üzü görüb. Sonralar bu ideya inkişaf edib.

Müasir dövrdə bu məsələ Türkiyənin Baş naziri olmuş, rəhmətlik Nəcməddin Ərbakanın adı ilə bağlıdır. O, XX əsrin reallıqlarını nəzərə alıb, lazım olan dərslərdən nəticə çıxararaq D-8-in yaranması səbəbinin belə açıqlayıb: “D-8-lər 20-ci əsrin və dünyanın ən mühüm hadisələrindən biridir. XX əsrin XXI əsrə ən qiymətli hədiyyəsidir”.

O, bu təşkilatı əvvəldən axıra qədər müharibə və qarşıdurmalarla dolu olan XX əsrin sonunda işığa açılan bir qapı adlandırmışdı: “Dünyada sülh, əmin-amanlıq və xoşbəxtliyin bərqərar olması üçün səhvləri bir an əvvəl tərk edib, doğrulara dönüb, Yeni Dünya qurmaq lazımdır”.

D-9 “yeni dünya” qurmaq istiqamətində atılan mütərəqqi addımlardandır. Quruma üzv ölkələrin yerləşdiyi bölgə uzun illər, əsrlərdir güclərin toqquşan maraqlarının meydanına çevrilib. Bu ziddiyyətlər regionda əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D-9 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir. 2014-cü il dekabrın 10-da BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı müraciət etmişdi. Hazırda təşkilatın qurumda müşahidəçi statusu var.

Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir. Bu, respublikanın etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D-8-ə qəbul edilməsi ona etimaddan irəli gəlir.

D-9-a üzv olması ona yeni əməkdaşlıq kimi imkanları yaradacaq. Son zamanlar Azərbaycan neokolonializmə qarşı çıxış edən ölkələr sırasındadır. Üzv olduğu təşkilatın prinsiplərindən biri müstəmləkə deyil, ədalətli düzəndir. Bu baxımdan Azərbaycanın təşkilatın bu prinsipinə üzv olmazda əvvəl əməl edib.

Bu həm də o deməkdir ki, təşkilat üzvlük sülhə, ədalətə, əmin-amanlığa, firavanlığa, iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlığa, təhlükəsizliyə, demokratiyaya üstünlük verən yeni dünyanın qurulmasında Azərbaycan da yer və rol alacaq.

Təşkilat ona beynəlxalq aləmdə iqtisadi, sosial, siyasi proseslərə təsir etmə və bu istiqamətlərdə yaxından iştirak etmək imkanı qazandıracaq. Azərbaycan təşkilata üzv olmaqla yeni müstəmləkəçiliyə, ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparmaq üçün D-9-dan dəstək də alacaq. Bu kimi məsələlər baxımından o, beynəlxalq aləmdə yaranan bu blokun fəal üzvlərindən olması üçün potensialını göstərə bilər. Azərbaycan keçmiş SSRİ məkanında təşkilata üzv olan ilk dövlətdir. Bu quruma yeni təcrübə, baxış, yeni əlaqələr qazandıra bilər. D-9-da üç qitəni təmsil edən ölkələr var. Azərbaycanda Avropa və Asiyanın birləşdiyi bölgədədir. O, bu fəaliyyətini D-9-da davam etdirə bilər.

Yeni təşkilata üzvlük yeni imkanlar, əlaqələr, əməkdaşlıq üçün yeni fürsətdir. Bu üstünlüklərdən qarşılıqlı faydalanacağı gözlənilir. Yeni dünyanın qurulmasında statusun mübarək, Azərbaycan!

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri