Icma.az
close
up
RU
Rəsmi Bakının dayanıqlı inkişaf modeli: Azərbaycan beynəlxalq investorlar üçün daha cəlbedicidir

Rəsmi Bakının dayanıqlı inkişaf modeli: Azərbaycan beynəlxalq investorlar üçün daha cəlbedicidir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Son illər Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi və xarici siyasət uğurları diqqət mərkəzindədir. Ölkəmizin siyasi, iqtisadi və enerji sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də tarixi Zəfərimiz və suverenliyimizin bərpası, Azərbaycanın dünya birliyində söz sahibi olmasına böyük töhfə verir. Prezident İlham Əliyevin sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri bu uğurların daha geniş təqdimatına imkan yaratdı.

Səfər çərçivəsində dövlətimizin başçısı dünyanın nüfuzlu maliyyə və investisiya şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın iqtisadi imkanlarını, investisiya cəlbediciliyini və regionda dayanıqlı inkişaf modelini nümayiş etdirməklə yanaşı, ölkəmizə olan marağın və Prezident İlham Əliyevə etimadın bariz göstəricisi oldu.

Eyni zamanda, Azərbaycan BMT ilə uzun illər ərzində qurduğu etibarlı əlaqələr sayəsində beynəlxalq aləmdə nüfuzunu artırıb, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə töhfələr verir. Ölkəmiz həm BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti, həm də davamlı iqtisadi və siyasi əməkdaşlıqları ilə beynəlxalq münasibətlərdə nümunəvi rol oynayır.

Bu kontekstdə Bakıvaxtı.az Milli Məclisin deputatı Vüqar Rəhimzadə ilə Prezident İlham Əliyevin Nyu-York səfəri, ölkəmizin beynəlxalq əlaqələri və iqtisadi uğurları ndan danışıb.

Müsahibəni təqdim edirik.

-  Vüqar müəllim, Prezident İlham Əliyevin Nyu-York səfəri və BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı dünya mətbuatında geniş müzakirə olunur. Bu səfərin Azərbaycanın beynəlxalq mövqeyi və xarici siyasətinə təsirini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin iştirak etdiyi hər bir beynəlxalq tədbir Azərbaycana və dövlətimizin başçısına olan hörmət və etimadın göstəricisidir. Nyu-York səfəri çərçivəsində keçirilən görüşlər - xüsusilə də “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın aparıcı maliyyə və investisiya şirkətlərinin rəhbərləri ilə - Azərbaycanın iqtisadi imkanlarını, dayanıqlı inkişaf modelini və regionda artan nüfuzunu nümayiş etdirir. Bu, ölkəmizə olan marağın və Prezident İlham Əliyevə etimadın bariz sübutudur.

- Azərbaycanla beynəlxalq maliyyə qurumları və investisiya şirkətləri arasında əməkdaşlıq səfər çərçivəsində hansı əhəmiyyətli nəticələrə yol açdı?

- Hər üç şirkət Azərbaycanda iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici olduğunu vurğuladı. “Brookfield Asset Management” və “Blackstone” şirkətləri Dövlət Neft Fondu ilə əməkdaşlığı genişləndirməyə maraq göstərdilər, “Neuberger Berman” isə yeni layihələr çərçivəsində tərəfdaşlığı genişləndirmə imkanlarını qiymətləndirdi. Bu görüşlər Azərbaycanın investisiya cəlbediciliyini və iqtisadi imkanlarını təqdim etməkdə mühüm rol oynayır.

- Azərbaycan BMT ilə uzunmüddətli əməkdaşlıq nəticəsində hansı uğurlara imza atıb və bu, regionda sülh və təhlükəsizliyə necə təsir göstərir?

-  Azərbaycan BMT-nin tamhüquqlu üzvü olaraq Nizamnamənin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edib və regionda sülhün bərqərar edilməsi üçün addımlar atıb. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın səyləri bir sıra məsələlərin gündəliyə çıxarılmasına səbəb oldu. Ölkəmiz BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verir, beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında aktiv rol oynayır, həmçinin qlobal çağırışlara qarşı durmaq üçün BMT-nin struktur və funksional gücləndirilməsinin əhəmiyyətini ortaya qoyur.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri