Rəsmi İrəvan Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlığın yeni olmadığını bildirib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Ermənistan ilə Avropa İttifaqı arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən hibrid təhdidlərə qarşı dayanıqlığının artırılması sahəsində əməkdaşlıq daimi xarakter daşıyır və yeni deyil.
Bu barədə Ermənistan mediası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyana istinadən məlumat yayıb.
“Bu baxımdan, Aİ-nin və onun üzv dövlətlərinin malik olduğu təcrübə və alətləri nəzərə almaqla, demokratik standartlara uyğun seçki proseslərinin təmin edilməsi zamanı mümkün hibrid təhdidlərə qarşı mübarizəyə yönəlmiş əməkdaşlıq da istisna təşkil etmir və Aİ-nin dəstəyi ilə həyata keçirilir”, - Badalyan bildirib.
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın sözlərinə görə, Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 16 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















