Rəsmi Pekindən Trampa cavab gecikmədi: ABŞ məhsullarına əlavə rüsumlar tətbiq olunacaq
Mia.az saytına istinadən Icma.az xəbər verir.
Çin ABŞ prezidenti Donald Trampın ölkədən idxal edilən bütün məhsullara əlavə 10 faizlik gömrük rüsumunun tətbiqinə cavabsız qalmayıb.
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, rəsmi Pekin ABŞ-ın Çinin bütün məhsullarına əlavə 10 faizlik gömrük rüsumu tətbiqinə cavab olaraq qərar qəbul edib.
Çin Maliyyə Nazirliyindən verilən açıqlamaya əsasən, ABŞ-dan xam neft, kənd təsərrüfatı avadanlıqları, nəqliyyat vasitələri və yük maşınları da daxil olmaqla məhsullara 10 faiz, kömür və təbii qaz məhsullarına isə 15 faiz əlavə gömrük rüsumu tətbiq olunacaq: "Əlavə vergilər fevralın 10-dan qüvvəyə minəcək".
Nazirlik əlavə edib ki, Trampın qərarından sonra ABŞ-dan bəzi məhsulların alışını da məhdudlaşdıracaqlar.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















