Rəsmi Vaşinqton Hindistanı ABŞ mallarına tətbiq olunan rüsumların ləğvinə məcbur edib
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Ağ Ev rəhbəri Donald Tramp Hindistanı ABŞ məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvinə məcbur etdiyini bildirib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib.
“Hindistan dünyada ən yüksək gömrük rüsumları tətbiq edən ölkələrdən biri idi. Biz bununla barışa bilməzdik – onlar bu rüsumları sıfıra endirməyə razılaşdılar”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, bu qərar ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirəcək.
"Bloomberg" agentliyi mayın 5-də yazmışdı ki, ABŞ ilə davam edən ticarət danışıqları çərçivəsində Hindistan polad, avtomobil hissələri və əczaçılıq məhsullarına qarşılıqlı şəkildə gömrük rüsumlarının sıfırlanmasını təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 06 May 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















