Icma.az
close
up
RU
Rəsmi Vaşiqtondan İrana hücumla bağlı açıq mövqe: İsraili qorumaq üçün hücum etdik

Rəsmi Vaşiqtondan İrana hücumla bağlı açıq mövqe: İsraili qorumaq üçün hücum etdik

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Vaşinqton administrasiyasının İrana bəlli hava zərbələri nüvə təhlükəsini aradan qaldırmaqla yanaşı, İsraili qorumaq məqsədi daşıyır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Doroti Şi Tehranın tələbi ilə Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən fövqəladə iclasda deyib.

Onun sözlərinə görə, İran dünyada terrorizmə himayədarlıq edir: “Dünən gecə ABŞ ordusu İranın nüvə zənginləşdirmə imkanlarını aradan qaldırmaq və terrorizmə sponsorluq edən dünyanın aparıcı dövlətinin yaratdığı nüvə təhlükəsini dayandırmaq məqsədi ilə Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini hədəfə alıb. Əməliyyatın məqsədlərindən biri BMT Nizamnaməsinə uyğun olaraq sürətlə böyüyən qlobal güvənsizlik mənbəyini aradan qaldırmaq və eyni zamanda, İsrailə özünü müdafiə etməyə kömək etməkdir. İran Yaxın Şərqdə onilliklər boyu davam edən səfalət və saysız-hesabsız ölümlərə görə məsuliyyət daşıyır"

O, İranı uzun müddət nüvə silahı proqramını gizlətməkdə və son danışıqlarda xoş niyyətli səylərə "qulaq tıxamaq"da ittiham edib: "Buradan İrana prezident Donald Trampın sözlərini bir daha xatırladırı: əgər ABŞ vətəndaşlarına və ya bazalarına birbaşa və ya dolayı yolla hər hansı hücum cəhdi olarsa, daha dağıdıcı cavab tədbirləri ilə qarşılanacaqsınız".

Şi onu da deyib ki, İran rejimi nüvə silahına malik ola bilməz: "BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas missiyasını yerinə yetirməlidir və İranı nüvə silahı əldə etməyə son qoymağa, İran xalqının və regiondakı bütün digər dövlətlərin rifahı və təhlükəsizliyi üçün xoş niyyətli sülh danışıqlarına çağırmalıdır".
Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 İyun 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri