Icma.az
close
up
RU
Respublika Sanitariya Karantin Mərkəzi 3 ayda 4 xidməti maşın alıb

Respublika Sanitariya Karantin Mərkəzi 3 ayda 4 xidməti maşın alıb

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Respublika Sanitariya-Karantin Mərkəzi daha bir tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu xidməti avtomobil olaraq pikap alınmasını həyata keçirəcək.

Belə ki, bununla bağlı Mərkəzlə “TOYOTA”-BAKI MƏRKƏZİ” MMC arasında müqavilə imzalanıb. Respublika Sanitariya-Karantin Mərkəzi bir ədəd avtomobil üçün şirkətə 61 min 200 manat ödəyəcək.

Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 2025-ci ildə Mərkəz daha üç xidməti avtomobil alıb. Onlardan biri 07.04.2025-ci il tarixində reallaşıb. Və “Azərmaş Park” MMC ilə razılaşma əsasında bir ədədə avtomobil sifariş edilib. Bunun üçün şirkətə 31 min 450 manat ödənilib.

İkinci tender isə 26.05.2025-ci il tarixdə keçirilib. Bu dəfə də Mərkəz “AZƏRMAŞ PARK” MMC ilə anlaşıb. İki ədəd avtomobilə görə isə 52 min manat xərcləyib.

Bildirək ki, Respublika Sanitariya-Karantin Mərkəzinin rəhbəri Samir Akif oğlu Musayevdir. O, bir müddət əvvəl rüşvət halları ilə əlaqədar saxlanılan Saleh Novruzini əvəz edib. Belə ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri