Icma.az
close
up
RU
Respublika üzrə biçin prosesinin ən qısa müddətdə başa çatdırılması proqnozlaşdırılır Şəkidən reportaj

Respublika üzrə biçin prosesinin ən qısa müddətdə başa çatdırılması proqnozlaşdırılır Şəkidən reportaj

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 3 iyul, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini davam edir. Adətən iyul ayının ilk on günlüyündə rayonda taxıl biçininə yekun vurulurdusa, bu il havaların qeyri-sabit keçməsi bunu bir qədər gecikdirib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, rayonun aran kəndlərində işlər yekunlaşmaq üzrə olsa da, dağətəyi yaşayış məntəqələrində biçin sürətlə davam edir.

Şəkinin ən iri taxıl zəmiləri Turan qəsəbəsi, Şorsu, Kiçik Dəhnə, Böyük Dəhnə, Öyrət, Qayabaşı, Sarıca və digər kəndlərin ərazilərindədir. Ötən ildən fərqli olaraq, bu il havaların yağıntılı keçməsi taxılın bitişinə müsbət təsir edib. Lakin fasiləsiz yağıntılar biçinin gecikməsi ilə nəticələnib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Şamilov biçin başlayandan ötən müddətdə bir neçə dəfə yağıntıların müşahidə edildiyini və hər dəfə də işlərin bir neçə gün ləngidiyini bildirib.

“Şəkidə təxminən 60 min hektar sahədə taxıl əkini həyata keçirilib. Bunun 22 min hektarı arpa, 38 min hektarı buğda sahələridir. Arpa sahələrinin 75 faizində, buğda sahələrinin isə 15 faizində biçin başa çatıb. Hər hektarda orta məhsuldarlıq 30 sentner təşkil edir”, - deyən Azər Şamilov onu da əlavə edib ki, biçin prosesinə “Aqroservis” ASC-nin balansında olan 31 ədəd, həmçinin fiziki və hüququ şəxslərin mülkiyyətində olan 89 ədəd, eləcə də əvvəlcədən biçini başa çatdırılan rayonlardan 42 ədəd kombayn cəlb olunub.

Bəs, respublika üzrə taxıl biçini prosesi necə gedir? Şəkinin Baltalı kəndində taxıl biçinlərini müşahidə edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Hüseynov sualımıza cavabında bildirib ki, əksər rayonlarda, xüsusilə də mərkəzi aran rayonlarında arpa biçini başa çatıb. “Arpa biçini yekunlaşan rayonların sayı təxminən 25-ə çatır. Hazırda həm mərkəzi aran, həm də dağətəyi rayonlarda aktiv biçin prosesi davam edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hava şəraiti imkan verəcəyi təqdirdə, respublika üzrə biçin prosesinin ən qısa müddətdə başa çatdırılması proqnozlaşdırılır. Hazırda respublika üzrə orta məhsuldarlığın 34 sentnerə çatdığını bildirən Vüqar Hüseynov bu göstəricinin buğdada 34,7 sentner, arpada isə 32 sentner təşkil etdiyini söyləyib.

Söhbət zamanı məlum oldu ki, ölkə üzrə taxıl zəmilərinə 1400-ə yaxın kombayn cəlb edilib. Kombaynların dislokasiyasının planla həyata keçirildiyini deyən KTN-in nümayəndəsi, hazırda dağətəyi bölgələrdə biçin prosesinin sürətləndiyini, növbəti mərhələdə isə dağlıq ərazilərdə prosesə başlanılacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri