Icma.az
close
up
RU
Rəssam Nərmin Nəcəfin yeni sərgisi

Rəssam Nərmin Nəcəfin yeni sərgisi

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Göyrəngli ovqat” adlanan sərgidə Bakıya həsr olunmuş “İşıq” seriyası, eləcə də “Kəlağayı”, “Nar” seriyası və digər rəsm əsərləri ziyarətçilərə təqdim olunub.
Əsərlərində göy rəngin arzular, ucalıq və harmoniyanı ifadə etdiyini bildirən rəssam bu rəngin çalarlarının insanların daxili dünyasının zənginliyini əks etdirdiyini və əsərləri üçün ilham mənbəyi olduğunu bildirib. Rəssamın əsərlərində milli koloritə müasir baxış əks etdirilir və Azərbaycan mədəniyyəti və mədəni irs nümunələri rənglər və obrazlarla çatdırılır.
Sərgi dekabrın 24-dək davam edəcək.
Qeyd edək ki, Nərmin Nəcəf "Röyalar dünyası" adlı rəssamlıq məktəbinin yaradıcısı və rəhbəridir. Peşəkar yaradıcılığa ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilmiş fərdi sərgisi ilə başlamış rəssamın sonrakı fərdi sərgiləri Bakı, Minsk və Moskvada təşkil edilib. Nərmin Nəcəfin, həmçinin Marmaris, Praqa və London kimi şəhərlərdə keçirilən sərgilərdə əsərləri nümayiş etdirilib.
Çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun əsərləri həmçinin “Rüyalar” (Türkiyə), “Seven springs of Azerbaijan” (Bakı) və “Həyat bayramı” (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.




Həmidə İbrahimova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see239

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri