Icma.az
close
up
RU
Rəssam Rövşən Nur: Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb

Rəssam Rövşən Nur: Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Estoniyada yaşayan həmyerlimiz, Azərbaycan mədəniyyətini Avropada yüksək səviyyədə təbliğ edən rəssam Rövşən Nur olub.

O, ata-baba yurdu Göyçə mahalından, Basarkeçər rayonunun Nərimanlı kəndindən danışıb. Bildirib ki, SSRİ rəhbəri İosif Stalinin bədnam qərarı ilə 1948-1953-cü illərdə soydaşlarımız Qərbi Azərbaycandakı tarixi torpaqlarından zorla deportasiya olunublar. O dövrdə bu, könüllü köçürülmə kimi qələmə verilsə də, əslində azərbaycanlılar heç bir ciddi əsas olmadan, sadəcə azərbaycanlı olduqlarına görə doğma el-obalarından didərgin salınıblar. Belə tale yaşayanlardan biri də Nərimanlı kəndində dəyirmançı kimi tanınan Oruc kişinin ailəsi olub. Onlar əvvəlcə indiki Göygöl rayonuna köçüb, daha sonra Goranboy və Mingəçevirdə məskunlaşıblar.

R.Nur tarixi vətəni Göyçə barədə ilk təəssüratlarının nənəsinin, valideynlərinin söhbətlərindən formalaşdığını dilə gətirib. Qeyd edib ki, hələ uşaq yaşlarında bu təəssüratların təsiri altında heç vaxt üzünü görmədiyi Göyçə gölünün rəsmini çəkib, onun gözəlliyini əks etdirib. Müsahib nənəsinin söhbətləri əsasında soydaşlarımızın başına gətirilən müsibətlərə də toxunub. Deyib ki, ermənilər nənəsinin gözü qabağında qardaşlarını öldürüblər. Deportasiyaya məruz qalan ailə pərən-pərən düşüb, çox acınacaqlı tale yaşayıb.

Rəssam R.Nur vaxtilə Estoniyaya ali təhsilini davam etdirmək üçün gəldiyini, təhsilini başa vurduqdan sonra isə burada yaşamaq və yaratmaq qərarına gəldiyini söyləyib. O, Estoniyada Azərbaycan mədəniyyətini təbliğ etdiyini, Qərbi Azərbaycan adət-ənənələrini yaşatdığını, Estoniyada özünə aid rəsm qalereyasında Azərbaycana həsr olunan sərgilər təşkil etdiyini, əslən Qərbi azərbaycanlı uşaqlara rəssamlıq və xalçaçılığın sirlərini öyrətdiyini bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Rəssam Rövşən Nur: "Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see973

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see238

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see152

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see143

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see137

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see131

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri