Icma.az
close
up
RU
Restoran sahibi olan məşhurlar: Kim qazandı, kimin “əli yandı”?

Restoran sahibi olan məşhurlar: Kim qazandı, kimin “əli yandı”?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aqşin Fateh, Bakıdakı başıbəla restoranının oxşarını Qubada açmağa hazırlaşır. Yəni o da “By Fateh” adlanacaq.

Azərbaycan şou-biznesinin digər simaları üçün biznes fəaliyyətinin bu növü yenilik deyil. Müğənnilər və aktyorlar arasında gözəllik salonu, otel, dekorasiya şirkəti kimi bizneslərə rast gəlinsə də, ən çox seçilən fəaliyyət istiqaməti restoran və kafe biznesidir.

“Yeni Sabah” xəbər verir ki, bu sahəyə marağın əsas səbəblərindən biri ictimai tanınmışlığın müştəri cəlb etməsi və restoran biznesinin toy, banket və tədbirlərlə birbaşa əlaqəli olmasıdır. Lakin təcrübə göstərir ki, məşhur ad hər zaman biznes uğuru demək deyil. Sənət adamlarına məxsus bir sıra restoranlar fəaliyyətini dayandırıb, bəziləri isə satışa çıxarılıb. Dominos pizza

Şou-biznes nümayəndələrinin restoran və kafe biznesi ilə bağlı siyahısı isə kifayət qədər genişdir.

Müğənni Niyam Salami illər əvvəl fəaliyyət göstərən "By Niyam" restoranını bağladıqdan sonra hazırda Xəzər sahilində yerləşən "Aysberq Resort" kompleksini idarə edir. Kompleks həm otel, həm restoran, həm də çimərlik xidmətləri təqdim edir. Sənətçi eyni zamanda, axşam saatlarında lüks restoranının şou proqramlarında çıxışlarını davam etdirir.

Aparıcı Çinarə Əliyeva isə İçərişəhərdə məşhur sovet filmi əsasında yaradılan "Brilliantovaya Ruka" kafesinin sahibidir. Rus və Azərbaycan mətbəxinin təqdim olunduğu məkan turistlərin də maraq göstərdiyi ünvanlardan sayılır. Çinarə Əliyevanın bununla yanaşı dekorasiya şirkəti də fəaliyyət göstərir.

Estrada müğənnisi Canan isə restoran biznesinə yeni addım atmağa başlayıb. O, aprel ayında Nəsimi rayonunda sahəsi 500 kvadratmetrdən böyük olan ailəvi restoran üçün obyekt icarəyə götürülüb. 1 illik icarə haqqı 53 min 450 manat təşkil edir.

Aşıq Zülfiyyə İbadova da restoran biznesinə sərmayə qoyan sənətçilərdən olub. O, Biləcəri dairəsi yaxınlığında restoran açsa da, ötən il obyekti satışa çıxarıb. Aşıq açıqlamasında restoranı qurmaq üçün böyük kredit götürdüyünü, borc yükü ilə üzləşdiyini bildirib. Daha sonra isə banket və kiçik məclislər üçün nəzərdə tutulan yeni restoran fəaliyyətə başladığını, əvvəlki obyekti isə bağladığını açıqlayıb.

Vaxtilə əkiz müğənnilər Sevil və Sevinc Səfərova bacılarının "Mozarella Baku" adlı restoranı fəaliyyət göstərsə də, sonradan obyekt bağlanıb.

Aktyor Sərxan Kərəmoğlu isə Mərdəkanda yerləşən "Xalça" restoranının sahibidir.

Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da bir vaxtlar "Bu şəhərdə" restoranını açmışdılar. Lakin həmin obyekt də sonradan fəaliyyətini dayandırıb.

Müğənni İlqar Muradov uzun illər "Fayton" restoranının sahibi kimi tanınıb. Həmin restoran da bir neçə il əvvəl bağlanıb.

Ölkənin uzunömürlü musiqi kollektivlərindən olan "Şeron" qrupunun solisti Ülvi isə "Abşeron" şadlıq evinin sahibidir.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri