Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Əyalətdə ilk müstəqil teatr yaradan Cavid Təvəkkül: “Heç bir məhdudiyyət olmayacaq“ MÜSAHİBƏ

Əyalətdə ilk müstəqil teatr yaradan Cavid Təvəkkül: “Heç bir məhdudiyyət olmayacaq“ MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış rejissor Cavid Təvəkkül "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Sizin rəhbərliyinizlə Mingeçevir Modern Teatrı fəaliyyətə başlayıb. Teatrın yaradılması və fəaliyyət prinsipləri barədə nə deyərsiz?

- Bəli, mənim rəhbərliyimlə Mingəçevirdə Modern Teatr yaradılıb. Artıq məşqlərimiz başlayıb, fəaliyyətimiz normal qaydada davam edir. Kənardan aldığımız rəylər və bizə çatan məlumatlar da göstərir ki, gördüyümüz işin formatı region üçün ideal hesab olunur.

Bu teatrı yaratmaqda əsas məqsədimizdən danışarkən öncə deyim ki, bu günə qədər əyalət səviyyəsində müstəqil bir teatr fəaliyyət göstərmirdi. Bu ideya uzun illər içimdə bir arzu kimi yaşamışdı. Çünki mən əsasən film sahəsində inkişaf etmiş və özünü təsdiqləmiş bir şəxsəm. Bunu təkcə Azərbaycan deyil, bəlkə də dünya bilir, səmimiyyətlə qeyd edirəm.

Ancaq istədim ki, teatr sahəsində də müstəqil bir strukturu formalaşdıraq və əsas missiyamız kimi bunu qəbul edək, mədəniyyətin digər bölgələrində olan istedadlı insanları bu teatra cəlb eləyək. Məsələn, musiqi məktəblərində, incəsənət mərkəzlərində və mədəniyyət evlərində çalışan və ya təhsil alan potensiallı şəxsləri bu teatrda birləşdirməyi qarşıya məqsəd qoymuşuq.

Bu fəaliyyət ortaq və müştərək bir işə çevrilib, artıq ilk layihəmizdə bunun nəticələrini görürük. Hazırda Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası üzərində çalışırıq və yaxın günlərdə bu işi təqdim edəcəyik. Tamaşada musiqi məktəblərinin, incəsənət məktəblərinin və Mingəçevir Dövlət Teatrının əməkdaşları iştirak edirlər. Yəni müxtəlif sahələrdən olan istedadlı şəxsləri bir mühitdə birləşdirərək çalışmaq bizim üçün əsas missiyadır.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgənin müxtəlif mədəniyyət müəssisələrində çalışan istedadlı insanları bu teatra cəlb edirik. Eyni zamanda, illərdir içində sənət sevgisi olan, lakin səhnəyə çıxmaq imkanı tapmayan, teatr təhsili almamış şəxsləri də sıaralarımzıa qatmağı planlayırıq.

Onlar üçün teatrımızda dərnəklər və kurslar təşkil etməklə təhsil verməyi, bacarıqlarını artırmağı nəzərdə tuturuq. Bundan əlavə, universitet və digər təhsil müəssisələri ilə əməkdaşlıq edərək şagird və tələbələrin teatr sahəsində hazırlığı ilə də məşğul olacağıq. Bütün bu sahəyə cana atan, istər teatr, istərsə də film sənayesinə dair bütün detallarla maraqlanan və öz potensialını göstərmək istəyən şəxslər üçün Modern Teatrın qapıları açıqdır.

- Mingəçevir Modern Teatrının repertuarında hansı janrlara üstünlük verilir və bu teatr bölgənin mədəni həyatına necə təsir göstərəcək?

- Mingəçevir Modern Teatrında istənilən janrda tamaşa səhnələşdirilə bilər. Heç bir məhdudiyyət və ya stereotipimiz yoxdur. Hazırda işlədiyimiz əsər - Üzeyir Hacıbəylinin operettası musiqili janrda bir nümunədir. Gələcəkdə də komediya, dram, musiqili, eksperimental və digər bütün janrlarda əsərlərə müraciət edəcəyik.

Seçdiyimiz mövzularda əsas prioritet milli-mənəvi dəyərlərimizin təbliğidir. Teatrın bölgədə mədəni sahəyə təsirini qiymətləndirərkən, ilk növbədə şəhərimizin, daha sonra isə ümumilikdə regionun mədəni həyatına olan təsirini nəzərdə tuturuq.

Həm dövlət, həm də özəl və müstəqil mədəniyyət tədbirlərində aktiv iştirak edərək, ölkədə həyata keçirilən mədəniyyət siyasətinə öz töhfəmizi vermək niyyətindəyik. Bu bizim əsas planlarımızdan və öhdəliklərimizdən biridir.

- Teatrınızın rəsmi açılışı nə zamandır və yaxın planlarınız nələrdən ibarətdir?

- Artıq fəaliyyətimizə start vermişik. Hazırda Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı tədbirlər çərçivəsində rəsmi dövlət sərəncamı əsasında həyata keçirilən layihədə aktiv iştirak edirik. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk.

Bu münasibətlə sentyabrın 18-də Mingəçevir şəhərində keçiriləcək Musiqi Bayramında Modern Teatrın rəsmi açılışı da baş tutacaq.

Mingəçevir Modern Teatrının adına görə müəyyən çaşqınlıqlar yarana bilər. Amma bir dəfə orada göstərilən teatr tamaşasını izləyən və komandamızla tanış olan hər kəs anlayacaq ki, bu, mədəni xidmətə yönəlmiş peşəkar bir komandadır. Teatrın truppası tam şəkildə formalaşdıqdan sonra burada dəvətlilər, həvəskarlar və rəsmi əməkdaşlarla birgə qısametrajlı və irihəcmli bədii layihələr, seriallar, hətta film sənayesi üçün nümunələr hazırlamağı da planlaşdırırıq.

Bu istiqamətdə əyalətdən başlayaraq paytaxtadək, televiziyalara və Mədəniyyət Nazirliyinə qədər fəaliyyətimizi genişləndirməyi qarşıya məqsəd qoymuşuq.

Əminik ki, bu işlər nəticəsində tamaşaçılarımız çox olacaq, bizi bəyənəcək və cəmiyyət bizi qəbul edəcək. Biz yalnız regional deyil, respublika səviyyəsində də mədəniyyətə ciddi töhfə verəcəyik. Bunu sözlə yox, işimizlə sübut edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri