Icma.az
close
up
RU
Rəsulun xanımı gizli söhbətdə Elçibəylə bağlı nələr deyib? Nemət Pənahlıdan sensasion açıqlamalar

Rəsulun xanımı gizli söhbətdə Elçibəylə bağlı nələr deyib? Nemət Pənahlıdan sensasion açıqlamalar

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının son açıqlaması ətrafında müzakirələr böyüyür. O, Meydan hərəkatı dövründə toplanan 10 milyon vəsaitin AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini iddia edib. Lakin Elçibəyin silahdaşı olmuş şəxslər bunu qəti şəkildə təkzib edirlər.

Ə.Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov bu iddiaları böhtan xarakterli açıqlamaların davamı kimi qiymətləndirib.

Meydan hərəkatının fəal iştirakçısı, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər.

Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə qeyd edib ki, Əbülfəz Elçibəy pul yığımının əleyhinə olub.

Bu kontekstdə Nemət Pənahlının deyilənlərə cavabı maraqlıdır.

Globalinfo.az-a danışan Nemət Pənahlı bir sıra sensasion fikirlər səsləndirib.

Bildirib ki, Meydan hərəkatında ona çatmış məbləğ 40 min manat olub və bununla bağlı hesabatları təqdim edib:

“Həmin dövrdə Rəsul ən çox etibar etdiyim insanlardan idi. O vaxt Milli Hərəkat üçün vəsaitə ciddi ehtiyac vardı. 1987-ci ilin sonu – 1988-ci ilin əvvəlində 1000 manat çox böyük məbləğ sayılırdı. Rəsul öz qayınanasının cehiz üçün verdiyi pulu mənə təqdim etmişdi ki, hərəkatda istifadə olunsun. Məhz buna görə də o dövrdə meydanda pul yığılması məsələsi gündəmə gələndə mən bir neçə gün ardıcıl şəkildə bunun əleyhinə çıxış etmişdim və pul gətirilməməsini istəmişdim. Lakin pul yığılmasının qarşısını tam almaq mümkün olmadı. Hətta rayonlardan mənim adıma vəsait göndərilmişdi. Bu səbəbdən meydanda elan olundu ki, pul gətirənlər vəsaiti Rəsul Ələkbərova təhvil versinlər. Bunun üçün meydanda çadır da quruldu.

Rəsula dedim ki, pulları iki yerə böl…

Paralel olaraq, şəxsən mənim rəhbərliyim və o cümlədən Nümayiş Komitəsi tərəfindən də müxtəlif yerlərdə pul yığılırdı. Lakin əsas vəsaitlər mənim tapşırığımdan sonra Rəsula təhvil verilirdi. Mən ona konkret göstəriş vermişdim ki, pullar iki siyahı üzrə qeydiyyata alınsın: biri cüzi məbləğlər, digəri isə əsas vəsaitlər üçün. Bildirmişdim ki, bu pulların hamısını dövlət orqanlarına təqdim etmək mümkün deyil və əsas hissə gizlədilməlidir. Plan ondan ibarət idi ki, biz həbs ediləndən sonra cüzi məbləğlər təqdim olunsun, əsas vəsait isə qorunsun.

Eyni zamanda xalaoğlum Əhməd Vəkilova tapşırmışdım ki, Rəsulla paralel şəkildə siyahı tutsun, lakin pula toxunmasın. Amma iki gün sonra ona təzyiq göstərildiyi üçün işi yarımçıq qoyaraq uzaqlaşdı”.

N.Pənahlının sözlərinə görə, həbs olunduqdan sonra üzləşmə protokollarında bildirib ki, yığılan pulların dəqiq məbləğindən xəbəri olmayıb:

“Orada qeyd olunmuşdu ki, meydanda mikrofon və meqafon alınıb, qaçqınlara yardım üçün Fərman Kərimzadəyə təxminən 20 min manat verilib. Bu xərclərlə birlikdə Rəsul tərəfindən KQB-yə təqdim edilən məbləğ təxminən 120–130 min manat olub. Halbuki istintaqın öz hesablamalarına görə, meydanda ən azı 15 milyon manat toplanmışdı. Buna baxmayaraq, heç nə sübut edilə bilmədi və plan baş tutdu.

Pulun harada olduğunu soruşdum, dedi ki…

Həbsdən çıxdıqdan sonra Rəsuldan siyahıları istədim. Dedi ki, siyahıları yandırıb. Səbəbini soruşduqda iri məbləğdə pul verən şəxslərin həbs olunmaması üçün bunu etdiyini bildirdi. Mən pulun harada olduğunu soruşdum. Dedi ki, narahat olma, etibarlı yerdədir. Sonradan bir qrup adamla, o cümlədən Xalq Cəbhəsi Müdafiə Komitəsinin rəhbəri Məmməd Əlizadənin ayırdığı maşınla Rəsul pulu gətirməyə getdi. Hamımız milyonlarla manat gözlədiyimiz halda, o, cəmi 42 min manat gətirdi. Pul sayıldıqda məlum oldu ki, faktiki məbləğ 40 min manatdır. Qalan 2 min manatın aqibəti mənə məlum deyil.

Rəsul demişdi ki, pul yığımı iki gün sonra dayandırılıb. Səbəbini soruşduqda, çadırda pul saxlamağa yer olmadığını bildirmişdi. Nə qədər pul yığıldığını soruşanda isə təxminən 2,5–3 milyon manat olduğunu demişdi”.

O əlavə edib ki, həmin dövrdə bütün rayonlardan, müəssisələrdən və təşkilatlardan meydana pul göndərilirdi:

“Ordubaddan da Qəribgil (İsgəndər Həmidovun sürücüsü olub – N.P) vəsait gətirmişdi. Bu pul Əbülfəz bəyə təqdim olunmuşdu və o da qəbul etmişdi. Lakin Əbülfəz bəy həmin vəsait barədə nə mənə, nə də Rəsula məlumat vermişdi. Qəribgil mənə bu barədə deyəndən sonra pulu Əbülfəz bəydən alıb, şəxsən öz əlimlə qeydiyyata saldıraraq Rəsula təhvil vermişdim. Şərur rayonundan İnqilab Orxan da vəsait gətirmişdi. Məbləği dəqiq xatırlamıram, təxminən 27–28 min manat idi. Bu pul da əvvəlcə Əbülfəz bəyə verilmişdi və yenə də bu barədə nə mənə, nə də Rəsula məlumat verilmişdi. Məsələdən xəbər tutduqdan sonra həmin pulu da Əbülfəz bəydən alaraq Rəsula təqdim etmişdim.

Bir dəfə də Rəsul mənə bildirdi ki, iki nəfər iri məbləğdə pul vermək istəyir, lakin Nemət Pənahlını şəxsən görmək şərti ilə. Dedim ki, vermək istəyirlərsə versinlər, istəmirlərsə verməsinlər. Daha sonra onların yanına gedib gəlib bildirdi ki, mütləq özümlə görüşmək istəyirlər. Dedim ki, mitinq bitdikdən sonra, axşam saatlarında görüşərik.

Mitinqdən sonra onların məni ayrı-ayrı çadırlarda gözlədiklərini gördüm. Dedilər ki, yardım məqsədilə pul vermək istəyirlər, lakin məbləğ çoxdur. Onlardan biri 1,5 milyon, digəri isə 750 min manat gətirdiyini bildirdi. Rəsula etibar edib-etmədiyimi soruşdular. Mən də etibar etdiyimi və pulu ona təhvil vermələrini dedim. Səhər tezdən metronun “Nərimanov” stansiyasında görüşərək vəsaiti Rəsula verəcəklərini söylədilər. Yığılan pul barədə bildiyim məlumat bundan ibarətdir.

Ona işgəncə vermək istəyirdilər

Sonradan Rəsul mənə cəmi 40 min manat təqdim edəndə, bu faktları ona xatırlatdım və bildirdim ki, bu hesabla pulun əsas hissəsi ortada yoxdur. Meydanda KQB-yə təqdim edilən məbləğ sarı selofanın dibində bir əl boyda pul idi – təxminən 140 min manat. Mənə verilən isə 40 min manat idi.

Biz bunu sübut etmək üçün həmin dövrdə pul daşıyan təxminən 20–25 nəfəri toplayıb danışdırdıq. Aydın oldu ki, meydandan təkcə bir nəfər 27–28 torba pul çıxarıb aparmışdı. Bu da yığılan məbləğin xeyli çox olduğunu göstərirdi. Rəsulun xəyanət etdiyini düşünən bəzi şəxslər ona təzyiq göstərmək, hətta işgəncə vermək istəyirdilər ki, pulun aqibəti açıqlansın.

Həmin vaxt Əbülfəz bəylə münasibətlərim son dərəcə yaxşı idi. O, faktiki olaraq Rəsulu bizim əlimizdən aldı və bu məsələnin üzərinə getməyimizə, pulun harada olduğunu aydınlaşdırmağımıza imkan vermədi. Mən bu fikirləri həm meydanda, həm də Əbülfəz bəyin sağlığında, 1989-cu ildə açıq şəkildə demişəm. Şəxsi hesablamalarıma görə, meydanda minimum 10–15 milyon manat vəsait toplanmışdı. Rəsula dedim ki, sən 2 milyon manat yığıldığını demişdin. O isə cavab verdi ki, yox, 250 min demişəm. Sonra “Nərimanov”da görüşməli olduğu və 1,5 milyon, 750 min manat vermək istəyən şəxsləri xatırlatdım. Dedi ki, onlar görüşə gəlməyib və vəsait verməyiblər.

Əbülfəz bəyin bu məsələyə müdaxilə etməsi səbəbindən işin üzərinə gedə bilmədik. Mən dediyim sözün məsuliyyətini dərk edən adamam. Sonradan müxtəlif şəxslər – pul daşıyanlar və Rəsulun yaxın çevrəsində olan adamlar – mənə bildirdilər ki, biz həbsdə olduğumuz vaxt pulun təxminən 70 faizi Əbülfəz bəyə verilib, qalan hissə isə Rəsulun dayısı və ətrafındakı şəxslər tərəfindən bölüşdürülüb. Bildirdilər ki, Rəsul qorxudulub və bu səbəbdən həqiqəti mənə deyə bilməyib. Rəsulun həyat yoldaşı bir məclisdə mənə yaxınlaşdı və ağlayaraq dedi ki, Rəsulun pul mənimsədiyini düşünməyim düzgün deyil. Onun sözlərinə görə, Rəsul aldadılıb, əsasən dayısı və yaxın qohumları bu işdə rol oynayıb. Bildirildi ki, pulun təxminən 70 faizi Əbülfəz bəyə verilib.

Gədəbəydən də həmin dövrdə rayonun ikinci katibi meydana vəsait gətirmişdi. Məbləğ təxminən 50–70 min manat arasında idi. O şəxs sonradan əlində bu məbləğlə saxlanılmış və həbs edilmişdi. Rəsmi hesabatlar da göstərirdi ki, Azərbaycanın bütün rayonları istisnasız olaraq pul yığaraq meydana göndərmişdi. Zavodlar, müəssisələr və müxtəlif təşkilatlar bu prosesdə iştirak edirdi. Meydana kütləvi şəkildə vəsait axını var idi.

Mövcud faktlara əsaslanaraq mənim qənaətim bundan ibarətdir ki, həmin dövrdə toplanan məbləğ minimum 10–15 milyon manat olub. Buna baxmayaraq, bu günədək mənim adım hallandırılır və məsələ fərqli şəkildə təqdim olunur. İndi isə Əbülfəz bəyin oğlu guya məni məhkəməyə vermək niyyətində olduğunu bildirir və iddia edir ki, mən ittiham irəli sürmüşəm. Halbuki məsələni gündəmə gətirən mən olmamışam. Məni ittiham ediblər və mən də məcbur qalaraq bildiyim, mənə məlum olan faktlar əsasında izahat vermişəm.

Həmin dövrdə Əbülfəz bəyə birbaşa sual vermişdim: “Siz inanırsınızmı ki, meydanda cəmi 40 min manat pul yığılıb?” O da açıq şəkildə cavab vermişdi ki, “təbii ki, yox”. Rəsul savadlı adam deyildi, fəhlə təbəqəsindən idi. Doğrudur, hərəkatda yanımda fəal olub, lakin bu faktı dəyişmir.

Rəsulu ölkədən çıxardılar, Qazaxıstanda öldü

Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra Rəsula Nərimanov rayonunda vəzifə verildi. Cəmiyyətə sual edirəm: niyə? Daha sonra Cəbhə hakimiyyətdən gedəndə və Heydər Əliyev hakimiyyətə gələndə, mən vəzifəyə təyin olunan kimi Rəsulu ölkədən çıxarıb Qazaxıstana göndərdilər. Bilirdilər ki, bu məsələni araşdıracağam və pulun aqibətinin üzərinə gedəcəyəm. Rəsul sonradan Qazaxıstanda vəfat etdi. Bu gün isə Nemət Pənahlıya təzyiq göstərilir. Mən heç vaxt qəti şəkildə iddia etməmişəm ki, Əbülfəz bəy 10 milyon manatı mənimsəyib. Səsləndirilən rəqəmlər təxmini hesablamalara əsaslanır. İndi isə belə təqdim olunur ki, guya Əbülfəz bəy artıq həyatda olmadığı üçün Nemət Pənahlı bu mövzuda danışır. Halbuki mən bu fikirləri hələ 1989-cu ildə, Əbülfəz bəyin sağlığında meydanda da açıq şəkildə səsləndirmişəm. Bu gün baş verənlər isə planlı şəkildə adımı ləkələmək cəhdidir.

Əgər mən hər böhtana görə məhkəməyə müraciət etsəydim, ölkədə məhkəməyə vermədiyim adam qalmazdı. 1988-ci ildən bu günə qədər mənim ünvanıma saysız-hesabsız şər və böhtan atılıb. İstiqlal uğrunda gördüyüm işlər bir kənara qoyulur, 37 ildir 40 min manat üzərindən Nemət Pənahlıya böhtan atılır.

Rəsulun xanımı sirləri açmağa hazır imiş…

Rəsulun həyat yoldaşı bu məsələlərlə bağlı danışmağa hazır idi, lakin sonradan geri çəkildi. Səbəb kimi övladlarının olduğunu və Rəsulun ailəsinin vaxtilə ciddi şəkildə qorxudulduğunu dedi. Bu səbəbdən Rəsul həqiqəti mənə deyə bilməmişdi. Onun ailəsi dağıdılıb, başına oyunlar açılıb. Bu məlumatları son dövrlərdə öyrənmişəm.

Bu gün Güney Azərbaycanda xalqımın taleyinin həll olunduğu bir vaxtda yenidən bu “pul söhbəti”nin gündəmə gətirilməsi sual doğurur. Hər şeyi bir kənara qoyub demək istəyirəm ki, Əbülfəz bəyin də, mənim də bir amalımız, istəyimiz olub: Bütöv Azərbaycan. Hazırkı şəraitdə bu məsələni kim və hansı məqsədlə ortaya atır? Hansı niyyətlə bunu edir? Suallar verilir, mən cavab verəndə isə üzərimə gəlirlər”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri