Icma.az
close
up
RU
Pənahlının Elçibəylə bağlı iddiasına cavab gəldi: 10 milyonu mənimsəyən şəxs...

Pənahlının Elçibəylə bağlı iddiasına cavab gəldi: 10 milyonu mənimsəyən şəxs...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Elçibəyin ailəsinə çağırış edildi: “Nemət Pənahlını məhkəməyə verin!”

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, Meydan hərəkatı dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, 10 milyon vəsait AXC lideri və mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib.

Səsləndirilən iddialar nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov deyib ki, Nemət Pənahlı hər zamankı kimi böhtan və iftira xarakterli açıqlamalarını davam etdirir:

“Görünən odur ki, onun Elçibəyə qarşı şəxsi kin və nifrəti formalaşıb. Bunun səbəbi də məlumdur: Nemət Pənahlı vaxtilə xalq hərəkatının lideri olacağını düşünür, lakin bu iddiasının qarşısının Əbülfəz Elçibəy tərəfindən alındığını hesab edirdi. Nemət Pənahlının 1992-ci ildə “Meydan” qəzetində dərc etdirdiyi istintaq xarakterli yazıları yaxşı xatırlayıram. Həmin materiallarda da bu məsələyə toxunulur və Rəsul adlı şəxs ittiham edilirdi. Biz o dövrdə Meydanda olmuşuq, pul yığımı prosesinin baş verdiyini görmüşük və həmin vəsaitlərə nəzarət edən şəxsin Rəsul olduğu, onun Nemət Pənahlı ilə Səttarxan adına zavodda birlikdə işlədiyi hər kəsə məlum idi. Sonrakı illərdə də Nemət bu məsələdə dəfələrlə məhz həmin şəxsi ittiham edib”.

Bakı, 1992-ci il, Azadlıq meydanı

O.Qasımov qeyd edib ki, Əbülfəz Elçibəylə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır və iftiradan başqa bir şey deyil:

“Nemət Pənahlı çox yaxşı bilir ki, 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Meydan dağıdılarkən özü keçmiş raykom katiblərindən birinin avtomobili ilə ərazidən çıxarılıb, Əbülfəz Elçibəy isə həmin gecə həbs olunub və Meydan hadisələrindən sonra bir aydan artıq müddət həbsdə saxlanılıb. Bu faktlar fonunda Nemət Pənahlının iddiaları Əbülfəz Elçibəyə qətiyyən yapışa bilməz”.

Keçmiş köməkçi Əbülfəz Elçibəyin ailəsinə çağırış edib:

“Hesab edirəm ki, mərhum prezidentin ailəsi və övladları Nemət Pənahlının bu böhtanlarına görə məhkəməyə müraciət etməlidir. Mətbuat vasitəsilə onlara çağırış edirəm ki, bu məsələyə hüquqi qiymət verilsin və ictimaiyyət qarşısında aydınlıq yaradılsın. Çünki Nemət Pənahlı artıq 25 ildən çoxdur dünyasını dəyişmiş bir insanla mübarizə aparır. Bu davranış nə ona, nə də başqasına hörmət qazandırır. Əksinə, bu cür çıxışlar onun barəsində cəmiyyətdə yaranmış mənfi münasibəti daha da gücləndirir.

Bir daha xatırlatmaq lazımdır ki, Meydan dağılan gecə Əbülfəz Elçibəy həbsdə olduğu halda, Nemət Pənahlı sonradan saxlanılıb. Bu şəraitdə vəsaitlərin Elçibəy tərəfindən necə mənimsənildiyi sual doğurur. Nemət Pənahlı bu mövzu üzərindən manipulyasiya etməyə çalışsa da, görünən odur ki, Əbülfəz Elçibəy vəziyyəti sakitləşdirmək məqsədilə proseslərə müdaxilə edib. Həmin dövrdə Elçibəy Meydanda arxa planda olub, Nemət Pənahlının da dediyi kimi, Meydanın faktiki lideri məhz özü olub və baş verənlər onun birbaşa nəzarəti altında həyata keçirilib. Yaxşı xatırlayıram ki, həm Əbülfəz Elçibəy, həm də digər ictimai xadimlər Meydanda dəfələrlə çıxış edərək pul yığılma məsələsinin əleyhinə olduqlarını bildiriblər”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri