Reuters: Konqresdəki respublikaçılar Qrenlandiyanı almaq üçün qanun layihəsi hazırlayıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Konqresindəki respublikaçılar ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıblar.
“Report” xəbər verir ki, bu barədə sənədin surətini əldə edən “Reuters” agentliyi məlumat yayıb.
Qanun layihəsi Trampın əsas siyasi şüarı olan “Amerikanı yenidən möhtəşəm et” ilə analoji olaraq “Qrenlandiyanı yenidən böyük et” aktı adlandırılıb. Sənəd Nümayəndələr Palatasının üzvləri Endi Oqls və Diana Harşbarger tərəfindən hazırlanıb və yanvarın 13-də səhər saatlarına olan məlumata görə, sənəd 10 qanunvericinin dəstəyinə malik olub.
Qanun layihəsində Trampın yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra ABŞ-nin Qrenlandiyanı əldə etməsi üçün Danimarka Krallığı ilə danışıqlara başlamasına icazə verən müddəa var.
Bundan əlavə, Tramp Danimarka ilə razılığa gələrsə, o, razılaşmanı, eləcə də bütün müşayiət olunan materialları və əlavələri 5 gün ərzində Konqresin müvafiq komitələrinə təqdim etməli olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Yanvar 2025 02:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















