Icma.az
close
up
RU
Revanşistlər “Qarabağ kartı” ilə manipulyasiya edir

Revanşistlər “Qarabağ kartı” ilə manipulyasiya edir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

““Artsax respublikası”nın ərazisinin Azərbaycan tərəfindən zorakılıqla işğal edilməsi “Artsax respublikası”nın mövcudluğunun sonu demək deyil”.

Bunu özünü qondarma rejimin “prezident”inin səlahiyyətlərinin icraçısı adlandıran Aşot Danielyan belə deyib.“Dövlətçiliyimiz və hüquqlarımız uğrunda mübarizə bizi geri qayıtmaqdan başqa çıxış yolu olmadığına inandırmağa davam edir”, - deyə o qeyd edib.

Danielyan bildirib ki, Ermənistan Respublikası hakimiyyəti Qarabağı unutdurmağa çalışır, faktiki olaraq Azərbaycanın siyasətinə “yaşıl işıq” yandırır və Ermənistan tərəfini münaqişəni həll etmək mandatı olan yeganə beynəlxalq təşkilat olan ATƏT-in Minsk Qrupu vasitəsilə işləmək imkanından məhrum edir.

“Buna baxmayaraq, biz “Artsax”ı unutmayacağıq və belə bir yanaşmaya müqavimət göstərməliyik. Fəlakətin təkrarlanmasına heç vaxt yol verməmək üçün hüquqlarımızın bərpası və xalqımızın “Artsax”a təhlükəsiz qayıtması düşüncələrimizin və hərəkətlərimizin mərkəzində olacaq”, - deyə separçı dəstənin nümayəndəsi bildirib.

Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığı bir vaxtda iki ildir ləğv edilmiş qondarma rejimi yenidən gündəmə gətirmək, separatçıları meydana çıxarmaq təsadüf hesab edilə biməz. Aşot Danielyanın dilindən səsləndirilən fikirlər hansısa qüvvələrin bölgədə sülhün yaranmasında maraqlı olmadığını göstərir. Onun açıqlaması Ermənistanda revanşist müxalifətin və “Qarabağ klanı”nın mövqeyini əks etdirir.

Xüsusilə, 2026-cı ilin iyun ayında Ermənistanbda parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, oyuncaq rejiminin qalıqlarının peyda olmasının səbəbi aydınlaşar. Münaqişənin artıq başa çatmasına və iki ölkə arasaında sülh sazişinin paraflanmasına baxmayaraq, Ermənistan müxalifəti seçkilərə “Qarabağ kartı” ilə gedir. 

Əslində, bu Ermənistan cəmiyyəti üçün bitmiş və keçmişdə qalmış mövzudur. Ona görə də Nikol Paşinyanın “sülh” şüarı müxalifətin siyasi platforması ilə müqayisədə daha yenilikçi təsir bağışlayır.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçkilərdə qalib gəlməsi sülh prosesini sürətləndirə bilər. Müxalifətin erməni separatizmini yenidən dirçəltmək vədləri isə Ermənistanı növbəti müharibəyə sürükləyə bilər.

Regionda münaqişənin bərpası hazırda sülhdə maraqlı olmayan Rusiya, İran kimi dövlətlərə lazımdır. Təbii ki, Aşot Danielyanın dedikləri sadəcə olaraq, siyasi fantaziyadır. Azərbaycanda erməni separatizminə 2023-cü ildə son qoyulub və bu geridönməz bir prosesdir. 

Azərbaycan Qarabağdan könüllü köçmüş erməni sakinlərin geri qayıtmasına etiraz etmir və bununla bağlı müraciəti hələ qüvvədədir. Lakin 1988-ci ildə münaqişə başlayana qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış, Azərbaycana qarşı işğalçılıq müharibəsində, soyqırım və etnik təmizləmə kimi hərbi cinayətlərdə iştirak etməmiş, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən şəxslər geriyə qayıda bilər.

Eyni zamanda, 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilmiş Qərbi azərbaycanlılar öz yurdlarına dönməlidir. Yəni qayıdış prosesi birtərəfli xarakter daşımamalı, paralel şəkildə həyata keçirilməlidir.  

Mandatı elə ATƏT-in özü tərəfindən ləğv edilmiş Minsk Qrupunun vasitəçiliyindən danışmaq isə eks-prezident Robert Köçəryana məxsus ritorikasının təkrarıdır.

Sülh danışıqlarını pozmağa yönəlmiş bu fikirlər Minsk Qrupu adı altında Rusiyanın prosesə müdaxiləsinə hesablanmış təxribatdır. Halbuki, indi işğal dövrü keçmişdə qaldığı üçün olmayan münaqişəni həll edəcək hər hansı vasitəçiyə də ehtiyac yoxdur. 

Ona görə də Aşot Danielyanın fikirləri daha çox Ermənistanda seçkiqabağı daxili ictimai rəyə hesablanıb. Reallıqda isə Aşot Danielyan heç özü belə, Qarabağa qayıtmaq istəməz.

Çünki o, Azərbaycan sərhədini keçəcəyi təqdirdə, törətdiyi cinayətlərə görə saxlanılaraq qondarma rejimin Bakıda mühakimə olunan digər rəhbərləri ilə birlikdə məhkəmə qarşısına çıxarılacağını yaxşı bilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Revanşistlər Aşot Danielyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri