Icma.az
close
up
RU
Reytinq naminə gündəmə çevrilən dava şousu... Televiziya efirləri nəyi təbliğ edir?

Reytinq naminə gündəmə çevrilən dava şousu... Televiziya efirləri nəyi təbliğ edir?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər televiziya efirlərinə diqqət yetirəndə bir mənzərə açıq görünür: musiqi yox, söz-söhbət; sənət yox, qalmaqal; yaradıcılıq yox, dava-dalaş ön plandadır. Xüsusilə, müğənnilərin iştirakı ilə yayımlanan verilişlərdə süni qarşıdurmalar yaradılır, şəxsi münasibətlər şouya çevrilir və bu mübahisələr günlərlə ictimai gündəmi zəbt edir.

Əslində bu davaların böyük hissəsi təsadüfi deyil. Reytinq uğrunda gedən yarışda bəzi telekanallar üçün qalmaqal artıq əsas “məzmun”a çevrilib. Aparıcılar bilərəkdən tərəfləri üz-üzə gətirir, illər əvvəl bağlanmış mövzular yenidən qızışdırılır, emosional reaksiya doğuracaq suallar verilir. Nəticədə efir müzakirə platformasından çox, mübahisə meydanını xatırladır.

Bu prosesdə uduzan ilk növbədə tamaşaçıdır. Cəmiyyət efirdən maarifləndirici fikir, mədəni debat, sənətə dair müzakirə gözlədiyi halda, ona şəxsi intriqalar təqdim olunur. Müğənnilərin səsi, ifası, yaradıcılığı ikinci plana keçir, kim kimin haqqında nə dedi, kim kimə cavab qaytardı əsas mövzu bu olur.

Daha təhlükəli məqam, bu cür davaların normallaşdırılmasıdır. Televiziya kütləvi təsir vasitəsi olduğundan, efirdə nümayiş olunan davranış modelləri ictimai şüura təsir edir. Qışqırıq, təhqir, qarşılıqlı ittiham reytinq gətirirsə, bu, dolayısı ilə aqressiv ünsiyyətin “normal” kimi qəbul edilməsinə xidmət edir. Xüsusilə gənc auditoriya üçün bu, yanlış nümunədir.

Müğənnilərin də bu prosesdə məsuliyyəti az deyil. Bəziləri gündəmdə qalmaq üçün bilərəkdən mübahisələrə girir, sosial şəbəkələrdə efirdə deyilənləri davam etdirir, qalmaqalı böyüdür. Çünki bilirlər ki, dava olan yerdə dəvət var, dəvət olan yerdə isə pul və diqqət.

Beləliklə, bir qapalı dövr yaranır: kanal reytinq istəyir, müğənni görünürlük, tamaşaçı isə seçim imkanı olmadığı üçün eyni mənzərəni izləməyə məcbur qalır. Nəticədə efirlər mədəniyyətin güzgüsü olmaqdan çıxıb, qalmaqal vitrininə çevrilir. Halbuki efir cəmiyyətə daha çoxunu verə bilər. Müxtəlif musiqi janrlarının inkişafı, canlı ifalar, sənətkarların təcrübə mübadiləsi, mədəni irsə dair söhbətlər tamaşaçı üçün daha faydalı və uzunömürlü məzmun olardı. Amma qısamüddətli reytinq naminə bu imkanlar qurban verilir.

Efirlər gündəmi formalaşdırmalıdır, yoxsa gündəmin ən ucuz tərəfini istismar etməlidir? Əgər televiziya yalnız dava-dalaşı təbliğ edəcəksə, onda onun cəmiyyət qarşısındakı məsuliyyəti harada qalır?

Reytinq keçicidir, amma efirdə formalaşan düşüncə tərzi qalıcıdır. Bu həqiqət nə qədər tez qəbul olunsa, televiziya məkanı da bir o qədər sağlamlaşa bilər.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri