Reytinqdə Bolqarıstan Azərbaycanı keçdi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Ölkələrin UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VI, Konfrans Liqasının V turunun matçları dəyişikliklərə səbəb olub.
Azərbaycanın da mövqeyi dəyişib. İsveçdə "Elfsborq"a uduzan "Qarabağ" ölkənin xal hesabını artıra bilməyib. Bundan yararlanan Bolqarıstan Azərbaycanı keçib.
Bir pillə geriləyən ölkəmiz 19,625 xalla Avropada 28-ci pillədədir. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 99,374 xal.
Baxış sayı:101
Bu xəbər 13 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















