Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Reza Deqatinin dünyaya çatdırdığı həqiqət 20 Yanvar AZƏRTAC

Reza Deqatinin dünyaya çatdırdığı həqiqət 20 Yanvar AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 35 illik bir zaman ayırır. Bir neçə gündən sonra xalqımız bu faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutacaq və bu faciəni törədənlərə öz nifrətini bildirəcək. Ötən müddət ərzində bu faciənin dünyada tanıdılması üçün bir çox işlər görülüb - sərgilər açılıb, tədbirlər keçirilib, sənədli filmlər nümayiş olunub.

Qanlı Yanvarda baş verənləri fotolentin yaddaşına köçürərək dünyaya tanıdanlardan biri də tanınmış fotojurnalist Reza Deqati olub. 1990-cı il yanvarın 20-də keçmiş sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan dünya ictimaiyyəti məşhur fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotolar və videolar sayəsində xəbərdar oldu.

AZƏRTAC həmin hadisələrin baş verdiyi günlərdə məşhur fotojurnalist Reza Deqatinin Bakıya gəlişindən və Azərbaycan xalqının başına gətirilən bu faciənin dünyaya yayılması naminə gördüyü işlərdən bəzi məqamlara nəzər salır.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 1990-ci il yanvarın 20-də bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollarla Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gəlir.

Jurnalistlərin girişi qadağan olunduğu üçün o, azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənir, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətdən qaçaraq 48 saatlıq yol gəlir. Qatarda ilk işi isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq rusca cümlələr öyrənmək idi. Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.

Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi: “48 saatlıq səyahətdən sonra qatar Bakı stansiyasına daxil olduğu zaman - axşam vaxtları komendant saatından yarım saat əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya müharibəsi haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.

Yanvarın 24-də dostları Reza Deqatini Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, tankların mülki vətəndaşların üstündən keçməsi, uşaq, qadın, yaşlı demədən silahsız insanları qətlə yetirməsi barədə ona məlumat verirlər.

Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, morqlara gedərək fərqli aspektlərdən gördüyü mənzərələri fotolentin yaddaşına köçürüb.

“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, - deyə Reza bəy bildirir.

Qara Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlarla örtülmüş Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.

O acı günlər Rezanın yaddaşında belə qalıb: “Hər şeydən əvvəl, xatırladığım yalnız qırmızı və qara idi”.

Orduya məxsus helikopter izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza sonradan dostlarının köməyi ilə onları əldə edir və oradan da Parisə gedir.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız Qara Yanvar nəinki unudulmur, dünya əhalisi mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

Qeyd edək ki, bundan əlavə, Reza Deqatinin XX əsrin 1980-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı Qara Yanvar haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli nəşrlərdəndir.

Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri