RF rəsmisi Ermənistanın hava məkanını Rusiya təyyarələri üçün bağlaması ehtimalından narahatlıq ifadə edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 20 iyun, AZƏRTAC
Rusiya ehtiyat edir ki, Ermənistanın Avropaya getdikcə dərinləşən inteqrasiyası fonunda Avropa İttifaqının gördüyü tədbirlərin analoqu olaraq bu respublikanın hava məkanının Rusiya təyyarələri üçün bağlanması baş verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib: “Baxın, hazırda bizim Avropa İttifaqı ilə heç bir hava əlaqəmiz yoxdur. Avropa İttifaqı hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da analoji addımı atacaq? Əgər siz Avropa İttifaqına daxil olsanız, bəli, çünki Brüssel sizə hava sahəsini bağlamağı tapşıracaq. Siz də bunu edəcəksiniz, başqa çarəniz qalmayacaq. Bəs sonra?”.
Overçukun sözlərinə görə, mümkün məhdudiyyətlər həftədə yüzlərlə aviareysə təsir edəcək, həmçinin yükdaşıma sistemini sıradan çıxaracaq. Bundan əlavə, o, Yuxarı Lars keçidi vasitəsilə yükdaşımalarda mümkün çətinliklərin olacağını, burada erməni yük maşınlarının malları Rusiya və ya Belarus yük maşınlarına təhvil vermək məcburiyyətində qalacağını, daha sonra isə özlərinin geri dönəcəyini qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 İyun 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















