Riçard Almeyda: “Uşaqlıq arzum “Qarabağ”da gerçəkləşdi”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan futbol millisinin və “Qarabağ”ın sabiq üzvü Riçard Almeyda Braziliya mətbuatına geniş müsahibə verib. Hazırda vətənində “XV de Piracicaba” klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi ölkəmizdəki karyerası barədə maraqlı faktlar açıqlayıb.
İdman.Biz Braziliya mediasına istinadla xəbər verir ki, Almeyda “Qarabağ”ın tarix yazdığı 2017/18 mövsümünü xüsusi qeyd edib. O, “Çelsi”, “Roma” və “Atletiko” kimi nəhənglərlə bir qrupda mübarizə aparmağı uşaqlıq arzusunun reallaşması kimi dəyərləndirib:
“Uşaq olanda atama Çempionlar Liqasında oynamaq istədiyimi deyirdim. Allaha şükür ki, buna “Qarabağ”la nail oldum. Səkkiz il pley-off mərhələsində mübarizə apardıqdan sonra qrup mərhələsinə vəsiqə qazanmaq əməyimin bəhrəsi idi. “Stamford Bric” və “Olimpiko” kimi stadionlarda oynamaq möhtəşəm hissdir”.
Braziliyalı oyunçu Azərbaycanda keçirdiyi 14 ilə yaxın vaxt ərzində hər zaman baş məşqçi Qurban Qurbanovun etimadını hiss etdiyini bildirib:
“Klubda həm meydanda, həm də ondan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, paltardəyişmə otağında komanda yoldaşlarımı dəstəkləmişəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 14 Aprel 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















