Icma.az
close
up
RU
“Rimas Kurtinaytis Avropa basketbolunun əfsanəsidi” “Sabah” 5 məğlubiyyətdən sonra da baş məşqçisinə inanır?

“Rimas Kurtinaytis Avropa basketbolunun əfsanəsidi” “Sabah” 5 məğlubiyyətdən sonra da baş məşqçisinə inanır?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bilindiyi kimi, “Sabah” basketbol klubu Avropa Kubokunda keçirdiyi 5 oyunun hamısında uduzub.
Halbuki komandanın baş məşqçisi Rimas Kurtinaytis hətta Avroliqada oynamağa qadir heyət qurması ilə öyünürdü. Bəs nə oldu? Total uğursuzluqlardan sonra Kurtinaytisin göndərilməsi gündəmdədimi?
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Kənan Hakimov “Football-plus.az”a açıqlamasında mövcud durumu belə şərh etdi:

“Biz baş məşqçiyə güvənirik. Ümumiyyətlə, Rimas Kurtinaytis Avropa basketbolunun əfsanəsidi. Öz ölkəsində yetərincə tanınmış mütəxəssisdi. Təsadüfi deyil ki, Litva Basketbol Federasiyası milli komandanın baş məşqçi postunu yenidən ona tapşırıb. Məğlubiyyətlərdən sonra dedikləri də bəhanə deyil. Hər şey ortadadı. Oyunlarımızın statistikasına baxsaz, görərsiz ki, əksər oyunlarda son çeyrəklərə qədər hesabda öndə olmuşuq. Lakin sonda həmin üstünlüyü əldən vermişik. Bunun da səbəbi rotasiyadı. FİBA-nın reqlamentinə görə 12 oyunçudan 7-si legioner, 5-i isə mütləq yerli basketbolçu olmalıdı. Milli komandanın da, Azərbaycanın da ən yaxşı basletbolçularından biri Endər Poladxanlı zədəlidi. Avroliqanın təsnifat mərhələsində zədələndi və hələ də zədəsi tam sağalmayıb. Yəni onun xidmətindən məhrumuq. Ender olsaydı, rotasiya imkanlarımız çox yaxşı olacaqdı. Deandre Vilyams da yoxdu. “Marussi” ilə oyunda rəqibdən də zədəlilər vardı, amma onlar öz yerlilərindən istifadə edə bilir, potensial yüksək olduğundan fərq hiss edilmir. Təəssüf ki, bu gün üçün durum belədi. Basketbol hələ indi-indi inkişaf edir. Cəmi 2-3 ildi bu sahədə intensiv işlər görülür. Təbii ki, yerli oyunçu potensialımız azdı, bir oyunçu bir ilə yetişmir. Səbəb budu, bunu bəhanə kimi qəbul etmək lazım deyil. İstənilən halda səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq. Yəni bir məsələ sevindiricidi ki, FİBA Avropa Kubokunda Azərbaycan təmsilçisi çıxış edir. Çünki çox ölkələrin komandaları var ki, onlar bu turniri istəsə də, buraxılmayıblar. Burda hər komandanın təşkilati cəhətdən necə hazırlaşması böyük əhəmiyyət daşıyır. Şərtlər var. FİBA Avropa Kubokunda iştirak etmək elə də asan məsələ deyil. Biz də yeniyik, 2022-ci ildə yaranan basketbol komandasıyıq. Avrokuboklarda cəmi 2-ci mövsümümüzdü. Rəqibimiz “Marussi” bu turnirin finalçısı olub, 2 dəfə Avroliqada çıxış edib. Digər rəqiblərimiz də tarixi ənənələri olan klublardı. İstənilən halda bu turnirlərdə iştirak etməliyik ki, davamlı təcrübə toplayaq və səhvlərimizi görək, onlardan da nəticə çıxaraq”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri