Rimas Kurtinaytis: “Bütün oyunları qələbə ilə başa vurmaq istəyirik” İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Son 4 qarşılaşmada aparıcı basketbolçularımızın zədələnməsi bizə oyun planında müəyyən problemlər yaratmışdı”.
İdman.biz xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət “Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Latviyalı mütəxəssis Azərbaycan Basketbol Liqasının VIII turunun “Abşeron”la oyunundan sonra fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: “Hassani Qravett kimi görüşün gedişatını dəyişə biləcək oyunçunun yenidən heyətə qayıtması məni sevindirməyə bilməz. Qarşılaşmanın son dəqiqələrindən razı qalmadım. Oyuna ehtiyatdan daxil olan yerli basketbolçular daha çox oyun dəqiqələri qazanmaq istəyirlərsə, daha yaxşı çıxış etməlidirlər. Ümumi götürsək, yaxşı çıxış etdik”.
Kurtinaytis basketbolçuların durumunu da dəyərləndirib: “Fərdi olaraq Ender Poladxanlının əvvəlki formasına qayıtması üçün zamana ehtiyacı var. Andriy Voynaloviç son bir ayda hər oyunda 35 dəqiqə mübarizə aparıb. Hiss edirəm ki, bir qədər yorulub. Yeni il öncəsi son oyunumuz qalıb. Bütün oyunları qələbə ilə başa vurmaq istəyirik”.
Qeyd edək ki, "Sabah"a “Abşeron” üzərində 94:71 hesablı qələbə qazanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















