Icma.az
close
up
RU
RİNN və AZCON un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüblər

RİNN və AZCON un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüblər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 3-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarının məsul şəxsləri ilə görüş baş tutub. Görüşdə qurumların İnsan Resursları şöbələrinin rəhbər şəxsləri, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxil olmaqla 35 nəfərə yaxın qonaq iştirak edib.

Tədbirdə RİNN-in İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov və ‍ İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayaev açılış nitqləri ilə çıxış ediblər.

Tədbirin davamında İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov AKM-in infrastrukturu barədə geniş təqdimatla çıxış edib. Görüş qonaqları maraqlandıran sualların cavablandırılması ilə interaktiv formada yekunlaşıb.

Sözügedən görüşün keçirilməsində əsas məqsəd AKM-in fəaliyyəti, həmçinin mərkəzin məzun və tələbələrinin mövcud statusları ilə tanışlıq olub.

Qeyd edək ki, RİNN, İRİA-nın İsrailin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi AKM-dən indiyədək 380 nəfər məzun olub. Hazırda 6-cı dalğa üzrə 60 tələbə təhsilini davam etdirir. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən "Blue Team" (müdafiə), "Red Team" (hücum) və "Purple team" qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələnirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri