Icma.az
close
up
RU
Riskli qruplarla fərdi iş aparılmalıdır

Riskli qruplarla fərdi iş aparılmalıdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Son zamanlar Gəncədə azyaşlılar arasında baş verən və ölümə səbəb olan hadisələr cəmiyyətdə dərin narahatlıq doğurur. Bu hadisələrin kökündə tək bir səbəb deyil, bir-birini tamamlayan çoxsaylı sosial, psixoloji, ailəvi və mənəvi amillər dayanır. Uşaqların və yeniyetmələrin davranışında müşahidə olunan aqressiya, emosional qeyri-sabitlik, ünsiyyət çatışmazlığı və sosial təcrid onların daxilində yığılan gərginliyin nəticəsidir. Ailədə valideyn nəzarətinin zəifləməsi, ailədaxili münaqişələr, sosial şəbəkələrin yanlış təsiri və cəmiyyətin mənəvi dəyərlərinin zədələnməsi gənc nəslin formalaşmasına ciddi mənada mənfi təsir göstərir.
18 yaşına çatmamış uşaqlar arasında baş verən bu faciələr həm də təhsil mühitindəki boşluqlardan qaynaqlanır. Bir çox məktəbdə psixoloqlar formal fəaliyyət göstərir, şagirdlərlə fərdi iş aparılmır, onların daxili aləmi, psixoloji vəziyyəti dəyərləndirilmir. Şagirdin davranışında və ya əhvalında baş verən dəyişikliklərə vaxtında reaksiya verilmədikdə, nəticədə faciə qaçılmaz olur. Digər tərəfdən, müəllim-şagird və valideyn-məktəb əlaqələri zəif qurulub. Bu münasibətlərdə qarşılıqlı etimad və açıq ünsiyyət olmadığı üçün problemlər gizlənir, böyüyür və nəhayət, partlayış nöqtəsinə çatır.
Cəmiyyətdə gənclərin sosial müdafiəsi və mənəvi tərbiyəsi istiqamətində sistemli iş aparılmır. Gənclər asudə vaxtlarını faydalı keçirmək üçün təhlükəsiz və cəlbedici mühit tapmadıqda, küçə və sosial şəbəkələr onları öz mənfi təsir dairəsinə salır. Son illərdə müşahidə olunan narahatedici məqamlardan biri də odur ki, bəzi yeniyetmələr narkotik vasitələrə və spirtli içkilərə meyil göstərir, bu da onların həm fiziki, həm də mənəvi sağlamlığını məhv edir. Bu zərərli vərdişlər azyaşlıları cinayətkar aləmə yaxınlaşdırır, qanunsuz hərəkətləri “qüvvə” və ya “azadlıq” kimi qavramalarına səbəb olur. Belə mühitdə formalaşan gənclər reallıqla əlaqəsini itirir, nəticədə cəmiyyət üçün təhlükəyə çevrilirlər.
Sosial mediada zorakılığın təbliği, aqressiyanın qəhrəmanlaşdırılması, “güclü olmaq üçün qorxutmaq lazımdır” kimi yanlış təsəvvürlər yeniyetmələrin davranış modelinə çevrilir. Bu isə ən kiçik münaqişələrin belə ölümcül nəticələrə gətirib çıxarmasına səbəb olur. Belə halların qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Əvvəla, hər bir məktəbdə psixoloji xidmət sistemi gücləndirilməli, real fəaliyyət göstərən psixoloqlar təyin olunmalı, müəllim və valideynlərlə birgə şagirdlərin psixoloji vəziyyəti daimi izlənilməlidir. Təhsil müəssisələrində zorakılığa və zərərli vərdişlərə qarşı sıfır dözümlülük prinsipi tətbiq edilməli, hər bir insidentin qarşısı ilkin mərhələdə alınmalıdır. Valideynlər övladları ilə ünsiyyəti bərpa etməli, onların daxili dünyasına maraq göstərməli, baş verən hadisələrdə məsuliyyəti yalnız məktəbə yükləməməlidirlər.
Dövlət və bələdiyyə strukturları isə gənclər üçün idman, yaradıcılıq və sosial fəaliyyət mərkəzlərini artırmalı, onların cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaratmalıdır. Hüquq-mühafizə orqanları, təhsil idarələri və ictimai təşkilatlar arasında koordinasiyalı fəaliyyət formalaşmalı, məktəblərdə profilaktik görüşlər, təlimlər və motivasiya proqramları keçirilməlidir. Gənclərin narkotik və spirtli içkilərə yönəlməsinin qarşısını almaq üçün təbliğat və maarifləndirmə işləri gücləndirilməli, riskli qruplarla fərdi iş aparılmalıdır.
Ən əsası, cəmiyyətdə mərhəmət, hörmət, empatiya və insan həyatına dəyər prinsipləri yenidən gücləndirilməlidir. Uşaqlar gərək qorxu ilə deyil, sevgi və inamla böyüsünlər. Hər bir valideyn, müəllim və məmur anlamalıdır ki, bir yeniyetmənin həyatını xilas etmək təkcə ailənin deyil, bütöv bir millətin məsuliyyətidir. Gəncənin bu acı hadisələri bizə göstərdi ki, gələcək nəsli qorumaq üçün artıq gözləmək olmaz — indi hər kəsin üzərinə düşən mənəvi borcu yerinə yetirməsinin vaxtıdır.
Əli İbrahimov , hüquqşünas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see191

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see188

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see188

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see187

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see186

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see185

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see182

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri