Robert Sekuta: 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ a dəstəyi hər zaman xatırlanmalıdır
Azertag saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton, 11 sentyabr, AZƏRTAC
“Düşünürəm ki, ilk növbədə, xatırlamaq lazımdır ki, Azərbaycanın ozamankı Prezidenti Heydər Əliyev ABŞ-la ilk əlaqə saxlayan liderlərdən olub və başverənlərə bağlı təəssüfünü bildirib”. Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin ildönümü və terror hücumundan sonra ABŞ - Azərbaycan əlaqələri ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, bu ABŞ tərəfindən yüksək qiymətləndirilib və hər zaman xatırlanmalıdır.
“Həmçinin, hesab edirəm ki, Azərbaycanın ABŞ-la terrorizmlə mübarizədə necə işlədiyini unutmaq olmaz. Bilirsiniz ki, Azərbaycan bölmələri Əfqanıstanda bizimlə, NATO ilə bir yerdə xidmət edib. Azərbaycan qoşunları hava limanını ABŞ ilə birlikdə ən son tərk edib”,- deyə Robert Sekuta əlavə edib. O bildirib ki, terror illər əvvəl olduğu kimi hazırda əsas gündəmdə olmasa da, hələ də problem olaraq qalır: “ABŞ və Azərbaycan bu istiqamətdə birlikdə çalışmalıdır. Birləşmiş Ştatlar hələ də bu sahədə əməkdaşlıq etməli və terrorla mübarizə aparmalıdır. Bu, həm azərbaycanlılar, həm də amerikalılar üçün həqiqətən çox vacib olan bir məsələdir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















