Icma.az
close
up
RU
“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq AZƏRTAC

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 8 yanvar, AZƏRTAC

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı “Rolls Royce” elit müştəriləri üçün fərdi avtomobillərə daha çox diqqət yetirmək, “Goodwood” zavodunu genişləndirmək məqsədilə 300 milyon funt sterlinq (376 milyon dollar) sərmayə yatıracağını elan edib.

AZƏRTAC xəbər verir ki, bu avtomobillər qızıldan hazırlanmış heykəllərdən tutmuş mirvari incilərlə bəzədilmiş sənət əsərlərinə qədər müxtəlif fərdi dizayn elementlərini özündə əks etdirə bilər. Digər lüks avtomobil istehsalçıları kimi “Rolls Royce” da zəngin müştərilər arasında fərdi avtomobillərin xüsusi dizaynına olan tələbatın əhəmiyyətli dərəcədə artdığını müşahidə etdiyini bildirib.

Təkcə 2024-cü il ərzində “Rolls Royce”un sənətkarları möhtəşəm əl işləri ilə diqqət çəkib. Bu işlərə 18 karatlıq qızıldan hazırlanmış heykəllər, 869 min 500-dən çox tikişdən ibarət unikal tikmələr, 500 xüsusi formalı taxta hissədən ibarət taxta örtüklər və holoqrafik boya örtükləri daxildir.

Şirkətin sözlərinə görə, bu sərmayə 2003-cü ildə zavodun açılmasından bəri ən böyük sərmayədir. Həmin vaxt zavodda 300 nəfər çalışırdı və hər gün bir avtomobil istehsal edilirdi. Hazırda “Goodwood” zavodu 2 min 500 nəfər işçi ilə gündəlik 28 avtomobil istehsal edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri