Roma Papası rahibələri üz turşutduqlarına görə tənqid etdi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Roma Papası Fransisk "Siena Müqəddəs Yekaterina" Missionerlik İttifaqından olan rahibələr qrupunu üzlərini turşutduqlarına görə tənqid edib və daha mehriban olmağa çağırıb.
Oxu.Az-ın verdiyi məlumat görə, bu barədə "The Times" qəzeti məlumat verib.
Papa Dominikan bacılar qrupuna rahibələrin dünyaya qaşqabaqlı üzlərini göstərdiklərini söyləyib və "zəhərli qeybəti" dayandırmaq üçün qadınların "qəhrəmanlıq" səylərinə ehtiyac olduğunu bildirib.
"Bəzən həyatımda "turşumuş üzlü" rahibələrlə rastlaşmışam, bu, dostcanlı görünmür və insanları cəlb etməyə kömək edən bir şey deyil. Sirkə (turşusu) iyrəncdir, "üzünü turşutmuş" rahibələr haqqında isə heç danışmaq istəmirəm", - deyə Fransisk vurğulayıb.
Qeyd edək ki, dekabrda Roma Papası Ümumdünya Sülh Gününə müraciətində bəşəriyyəti "qəlbin tərksilahına" çağırıb və 2025-ci ilin "razılaşmaların hiylələrində durmayan" sülhün möhkəmləndirilməsi ili olmasını arzulayıb.
Baxış sayı:118
Bu xəbər 06 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















