Roma Papası: Zayed mükafatçıları çox vaxt körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Mükafatçılar - Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və xanım Zarqa Yaftali çox vaxt körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Roma Papası XIV Leo "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik məktubunda belə deyib.
"Biz bu gün "Zayed İnsan Qardaşlığı Mükafatı" vasitəsilə həmin dəyərləri "insan mehribanlığı və xeyriyyəçiliyin səmimi nümunələrinə" çevirənlərə ehtiramımızı izhar edirik. Bizim mükafatçılarımız - Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Zati-aliləri cənab Nikol Paşinyan və xanım Zarqa Yaftali çox vaxt körpülər inşa etmək əvəzinə sədd çəkənlər dünyasında ümid saçanlardır. Onlar etinasızlığın asan yolunu deyil, həmrəyliyin çətin yolunu seçməklə hətta ən dərin köklü bölünmələrin belə konkret fəaliyyət nəticəsində aradan qaldırıla biləcəyini nümayiş etdirdilər. Onların fəaliyyəti sübut edir ki, qardaşlığın işığı qardaş qırğınının qaranlığı üzərində zəfər çala bilər.
Nəhayət, mən bu təşəbbüsə göstərdiyi davamlı dəstəyə görə Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyana minnətdarlığımı bildirir, həmçinin Zayed Komitəsinə onun baxışı və əxlaqi mövqeyinə görə təşəkkür edirəm. Gəlin, birlikdə işləməyə davam edək ki, qardaşlıq sevgisinin dinamizmi hər kəs üçün vahid yol olsun və "digərləri" sayılanlar artıq yad və ya təhlükə kimi deyil, bir qardaş və ya bacı kimi qəbul edilsin", - Roma Papası qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Fevral 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















