Roma Papasından Azərbaycana və Ermənistana SÜLH ÇAĞIRIŞI
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Roma Papası Fransisk Pasxa mesajında Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb.
Bu barədə Modern.az “Vatican News”a istinadən xəbər verir.
Pontifik iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib.
"Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir", - müraciətdə deyilir.
O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.
"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm", - o söyləyib.
Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya - Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb.
Son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.
Baxış sayı:128
Bu xəbər 20 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















