Icma.az
close
up
RU
Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan RƏY

Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan RƏY

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Özünü orta güc kimi təsdiq edən Azərbaycan artıq regional böhranların həllində və geosiyasi proseslərdə aktiv iştirakçı rolunda çıxış etməklə, sülhə sabitliyə öz töhfəsini verməkdədir. Ukrayna xarici işlər naziri Andrey Sibiqanın Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlərdə verilən mesajları bunun bariz nümunəsi hesab etmək olar. Azərbaycan Ukrayna müharibəsi ilə bağlı mövqeyini ilk gündən açıq şəkildə bəyan edib və bu gün də həmin mövqeyindədir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan müharibənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır. Bunu Azərbaycan Prezidenti dəfələrlə və ukraynalı nazirlə görüşündə də bir daha bəyan edib”.

Globalinfo.az bildirir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“İkinci məqam ondan ibarətdir ki, Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım edib. İndiyədək Azərbaycan 40 milyon dollar həcmində yardım edib. Bu rəsmi rəqəmdir. Bundan əlavə olaraq Azərbaycan ictimaiyyəti də bu prosesdə aktiv iştirakçı olub.

Üçüncü məqam isə ondan ibarətdir ki, Azərbaycan həm də müharibənin gedişi dövründə Ukraynanın quruculuq-bərpa işində iştirak edib və bu proses davam etməkdədir.

Azərbaycan Ukraynanın İrpen şəhərində hücum nəticəsində dağılan məktəbini yenidən bərpa edərək istifadəyə verib.
Dördüncüsü, Azərbaycan beynəlxalq platformalarda da Ukraynaya dəstək verən ölkələrdəndir”, –  o söyləyib.

Deputat əlavə edib ki, Azərbaycan bundan sonra da Ukraynaya dəstək verməkdə davam edəcək: “Bu, həm siyasi, həm iqtisadi, həm humanitar, həm də quruculuq-bərpa prosesində yaxından iştirak edəcək. 10-11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransı keçiriləcək və orada Azərbaycan da təmsil olacaq. Xarici işlər naziri Ceyhun Bayramov Bakının bu toplantıda iştirakını təsdiq edərək deyib ki, Ukraynanın bərpası, həm də iqtisadiyyatına investisiya yatırılması prosesində iştirak edəcək. Azərbaycanın Ukraynadakı proseslərdə iştirakı Avrasiya bölgəsində sülhün, sabitliyin, əməkdaşlığın yenidən formalaşmasına töhfə verməklə yanaşı, geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.

Deputat əlavə edib ki, Azərbaycan son illərdə ümumiyyətlə dünyada beynəlxalq humanitar böhranların aradan qalxmasında özünməxsus yeri və rolu olan ölkədir: “Azərbaycan COVİD-19 pandemiyası zamanı 80-dən çox ölkəyə həcmi on milyonlarla dollarla ölçülən maddi və humanitar dəstək göstərib. Bu ölkələrin əksəriyyəti Azərbaycanın yerləşdiyi bölgəinin hüdudlarından kənarda, o cümlədən Afrika qitəsində olan ölkələr olub.

Azərbaycan hazırda Yaxın Şərqdəki proseslərdə, xüsusən də Suriyanın yenidən bərpasında iştirak niyyətini ortaya qoyub və bu istiqamətdə ciddi işlər getməkdədir.

Azərbaycanın bu rolu beynəlxalq aləm tərəfindəndə də təqdir olunmaqdadır. Azərbaycanın bu rolu Avropa İttifaqı rəhbərlərinin Alnabiyada Avropa Siyasi Birliyinin sammitində cənab Prezident İlham Əliyevlə görüşündə də ölkəmizin daha geniş coğrafiyada  sülhə, sabitliyə, əməkdaşlığın yaranmasına verdiyi töhfə təqdir olunub. Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında dəvətə gəldikdə isə bunu Qərbin Azərbaycanı orta güc olması ilə hesablaşması və regional proseslərin həllinə töhfə verə biləcək ölkə kimi qiymətləndirmək lazımdır.

Onu da xüsusilə qeyd etmək istərdim ki, bu gün Azərbaycana qarşı olan ölkələr belə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətlə hesablaşır. Bu özünü, istər ölkəmizə edilən səfərlər, istər ölkə başçısının xarici səfərləri, istər beynəlxalq tədbirlərdə cənab Prezidentə olan münasibətdə aydın şəkildə büruzə verir. Əminəm ki, bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi daha ciddi oyunçu rolunda çıxış etməsi ilə nəticələnəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri