Roman Qriqorçuk: “Azərbaycan millisi ilə müqayisədə Ukrayna yığmasının səviyyəsi yüksəkdir İdman və Biz
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan millisi ilə müqayisədə Ukrayna yığmasının səviyyəsi nisbətən yüksəkdir, amma futbolda hər zaman favorit komanda qalib gəlmir”.
İdman.biz xəbər verir ki, “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbol üzrə dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə eyni qrupa düşməsi barədə danışarkən AZƏRTAC-a açıqlamasında belə deyib.
Ukraynalı mütəxəssis bu rəqiblər arasında keçiriləcək oyunları səbirsizliklə gözlədiyini bildirib: “Çünki Azərbaycan və bu ölkənin futbolu mənə yaxındır. Ona görə də bu komandaların oyunları mənə maraqlıdır”.
Onun sözlərinə görə, Azərbaycan millisi qrupda pley-offa vəsiqə uğrunda mübarizə apara bilər: “Bunun üçün çalışmaq lazımdır. Amma rəqiblər güclüdür. Hesab edirəm ki, heç də asan olmayacaq”.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda mübarizə aparacaq Azərbaycan millisi Ukrayna ilə yanaşı, Fransa və ya Xorvatiya, həmçinin İslandiya komandaları ilə də qarşılaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















