Icma.az
close
up
RU
Romantika bitəndə reallıq başlayır: Əcnəbilərlə nikahların acı statistikası

Romantika bitəndə reallıq başlayır: Əcnəbilərlə nikahların acı statistikası

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycan vətəndaşlarının əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə həmin və ya əvvəlki illərdə bağladığı 1784 nikah pozulub. 2025-ci ildə bu rəqəm 1629, 2026-cı ilin ilk səkkiz ayında isə 1034 olub. Yəni təkcə bu üç dövr üzrə ümumilikdə 4447 belə nikahın pozulması rəsmiləşdirilib. Bəs bu ailələr niyə dağılır?

Qaynarinfo mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

“Nikahın məqsədi münasibətin taleyinə təsir edir”

Sosioloq Naib Niftəliyevin sözlərinə görə, əcnəbilərlə qurulan ailələrdə boşanmaların səbəbləri müxtəlif ola bilər: “Məsələn, tərəflərdən birinin nikaha ciddi yanaşdığı, digər tərəfin isə yaşayış hüququ və ya gələcəkdə vətəndaşlıq əldə etmək kimi başqa məqsədlərlə ailə qurduğu hallar mümkündür. Yerli vətəndaşla ailə qurmaqla Azərbaycanda yaşayış hüququ əldə etməyə və sonradan vətəndaşlıq almağa çalışan şəxslərin olması istisna edilmir. Digər tərəfdən, belə nikahların pozulmasının obyektiv səbəbləri sırasında fərqli mentalitet, dəyərlər və dünyagörüşü dayanır. Azərbaycanlı ilə, məsələn, Rusiya vətəndaşının həyata, ailəyə və münasibətlərə baxışında müəyyən fərqlər ola bilər. Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları ilə qurulan nikahlarda da bu cür fərqlər özünü göstərir”.

“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır”

Sosioloqun fikrincə, azərbaycanlıların əcnəbilərlə nikahlarının hamısını problemli münasibət kimi qiymətləndirmək olmaz. Belə ailələr arasında uzunmüddətli və xoşbəxt münasibətlər də kifayət qədərdir: “Mədəniyyət və dünyagörüşü fərqi müəyyən ziddiyyətlər yarada bilər. Lakin əsas məsələ tərəflərin bu fərqləri necə qəbul etməsi və bir-birinə uyğunlaşmaq istəyidir. İnsan qarşı tərəfin mədəniyyətini anlamağa və qəbul etməyə çalışdıqda fərqlilik münasibətin inkişafına da xidmət edir. Əksinə, tərəflər arasında qarşılıqlı anlaşma və uzlaşma olmadıqda, mədəni və dünyagörüşü fərqləri ailə münasibətlərində ciddi problemə çevrilə bilər”.

Gözləntilər üst-üstə düşməyəndə...

N.Niftəliyev bildirdi ki, əcnəbilərlə nikahların pozulmasında digər amillərlə yanaşı, tərəflərin ailədən gözləntiləri də rol oynayır: “Əgər nikahın qurulmasında məqsədlər və gözləntilər fərqlidirsə, ilk ciddi anlaşılmazlıq zamanı münasibətlərin davam etdirilməsi çətinləşir. Ona görə də əcnəbi ilə evliliyi özlüyündə daha riskli münasibət kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ tərəflərin bir-birinə uyğunluğu, ortaq dəyərlər formalaşdıra bilməsi və fərqliliklərə münasibətidir”.

“Dil, din, sosial mühit və digər amillərlə bağlı uyğunlaşma çətinlikləri yaranır”

Psixoloq İlhamə Mustafayeva isə düşünür ki, bəzi fərqli faktorlar önə çıxa bilər: “Əcnəbilərlə nikaha üstünlük verən insanların bir qismi yenilik axtarışında olur, fərqlənmək və fərqli görünmək istəyir. Bəzən öz milli dəyərlərinə və mentalitetinə maraq göstərməyən, başqa mədəniyyətə üstünlük verən insanlar da belə addım atırlar. Təbii ki, bir-birini sevərək ailə quran və ömürlərinin sonuna qədər xoşbəxt yaşayan insanlar da var. Lakin romantik münasibət başa çatdıqdan sonra gündəlik həyat və uyğunlaşma problemləri ortaya çıxa bilər. Ən əsas məsələlərdən biri adaptasiyadır. Tərəflər bir-birinin yaşadığı əraziyə, iqlimə, qidalanma xüsusiyyətlərinə, milli adət-ənənələrə və inanclara uyğunlaşmaqda çətinlik çəkə bilərlər. Bəzi hallarda bu problemlər elə nikahın ilk aylarında ciddi fikir ayrılıqlarına səbəb olur. Problemlər hər iki tərəf üçün keçərlidir. Məsələn, azərbaycanlı qadının başqa ölkədə yaşaması ona daha sərbəst həyat vəd etsə də, dil, din, sosial mühit və digər amillərlə bağlı uyğunlaşma çətinlikləri yaranır”.

“Mədəni və dini fərqlər ailədə konflikt yarada bilər”

İ.Mustafayeva bildirdi ki, mədəni və dini fərqlər də münasibətlərə təsir edən mühüm amillərdəndir: “Tərəflər bir-birinin millətini, adət-ənənəsini, inanclarını və dəyərlərini qəbul etmədikdə qarşılıqlı alçaltmalar və təzyiqlər meydana çıxa bilər. Xüsusilə dini baxışlardakı fərqlər tərəflərin bir-birini öz inancını qəbul etməyə məcbur etməsi ilə nəticələnir. Məişət vərdişləri və yemək mədəniyyəti də ailədaxili münasibətlərdə müəyyən problemlər yaradır. İnsan öz mədəniyyətindən, inanclarından, sosial çevrəsindən və vətənindən uzaqlaşdıqda müəyyən psixoloji çətinliklərlə üzləşir. Buna görə də qarışıq nikahlarda tərəflərin bir-birinin milli, dini və mədəni dəyərlərinə hörmət etməsi mühüm şərtlərdən biridir. Nikahda hər iki tərəfin öz dəyərlərini və adət-ənənələrini üstün tutması da konflikt yarada bilər. “Mənim dəyərlərim daha üstündür” yanaşması qarşılıqlı anlaşmanı çətinləşdirir”.

“Uşaqların tərbiyəsi də fikir ayrılığı yaradır”

Psixoloqun fikrincə, hüquqi, peşə və maddi problemlər də qarışıq nikahlara təsir göstərə bilər: “Tərəflərdən birinin başqa ölkədə diplomunun tanınmaması, dili kifayət qədər bilməməsi və iş tapmaması maddi asılılıq yaradır. Digər mühüm məsələ ailədə kişi və qadın rolları, eləcə də uşaqların tərbiyəsidir. Tərəflərin ailə modelinə və gender rollarına baxışı fərqli olduqda bu, toqquşmalara səbəb olur. Xüsusilə uşaqların hansı dəyərlərlə böyüdülməsi məsələsində fikir ayrılıqları yarana bilər. Tərəflərdən biri uşağın öz milli və ailə dəyərlərinə uyğun böyüməsini istəyərkən, digər tərəf fərqli yanaşmanı müdafiə edir. Kişilər də ailədə gözləntilərinin, xüsusilə ailə və uşaq tərbiyəsi ilə bağlı dəyərlərinin qarşılanmadığını düşündükdə boşanma qərarı verə bilərlər. Boşanma təşəbbüsünə gəlincə, düşünürəm ki, ümumilikdə qadınlar boşanma ilə bağlı daha çox müraciət edən tərəfdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri