“Ronaldo komanda üçün problem təşkil etmir”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Kriştianu Ronaldo komanda üçün heç bir problem təşkil etmir”.
“Qafqazinfo” “Record” nəşrinə istinadən xəbər verir ki, bu barədə Portuqaliya seçməsinin baş məşqçisi Jorje Jezus müsahibəsində bəyan edib.
Təcrübəli mütəxəssis 41 yaşlı ulduz hücumçu ilə arasında müəyyən fikir ayrılıqlarının yaşandığını gizlətməsə də, münasibətlərində heç bir ciddi problemin olmadığını vurğulayıb:
“Belə məqamlar hər kəsdə olduğu kimi bizdə də yaşanır. Mənə elə bir futbolçu göstərin ki, məşqçisi ilə heç vaxt problemi, çətin vəziyyəti və ya münaqişəsi olmasın, məşqçidən və ya özündən narazı qalmasın. Bu təbii və normal prosesdir. Əsas məsələ buna hansı rakursdan baxmağınızdır”.
Qeyd edək ki, oktyabrın 1-də Portuqaliya millisi Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra portuqaliyalılar A4 qrupunda 6 xalla liderlik edirlər və danimarkalılarla norveçliləri 3 xal qabaqlayırlar.
Xatırladaq ki, UEFA-nın bayrağı altında keçirilən Millətlər Liqasının son çempionu məhz Portuqaliya seçməsidir.
Baxış sayı:27
Bu xəbər 30 Sentyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















