Ronaldo üçün sensasion variant
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Kriştiano Ronaldo Mərakeş klubunun heyətində Klublararası Dünya Çempionatında oynaya bilər. SİA xəbər verir ki, “Əl-Nəsr” bu mövsüm kuboksuz qalıb və Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib. İndi klub 40 yaşlı forvardla yeni müqavilə imzalamaq və ya anlaşmaya son qoymaq barədə müzakirələr aparır. Birinci variant klubun strukturunda və tərkibində portuqalın istəklərinə uyğun dəyişikliklər, ikincisi isə böyük təsiri olan və Səudiyyə Ərəbistanı çempionatına marağın artmasına töhfə verən Ronaldo ilə vidalaşmaq deməkdir. Bu fonda Ronaldo Klublararası Dünya Çempionatında mübarizə aparacaq komandaların marağına səbəb olur. Daha əvvəl Ronaldoya Braziliyadan təklifin olduğu bildirilirdi. “Marca”nın məlumatına görə, indi də “Vidad”dan təklif gəlib. Mərakeş klubu turnirdə “Mançester Siti”, “Yuventus” və “Əl Ayn”la qarşılaşacaq.
Baxış sayı:93
Bu xəbər 22 May 2025 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















