Ronaldonun oğlu debüt etdi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Kriştiano Ronaldonun böyük oğlu Kriştiano Ronaldo Junyor Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət millisində debüt edib.
“Yeni Sabah” xəbər verir ki, 2027-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya U-17 yığması Andorra seçməsini 4:0 hesabı ilə darmadağın edib.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun akademiyasında çıxış edən 16 yaşlı hücumçu 18 nömrəli forma ilə matçın 73-cü dəqiqəsində Viktor Bastianeleni əvəzləyərək meydançaya daxil olub. Qısa müddət ərzində fəallığı ilə seçilən gənc futbolçu hətta debüt görüşündə fərqlənməyə çox yaxın olub. Online alış-veriş
Portuqaliya yığmasının qollarını Dieqo Farinya (dubl), penaltidən Kaua Miranda və Rafael Kabral vurublar.
Qarşılaşmaya marağı artıran digər mühüm detal isə Portuqaliyanın əsas milli komandasının ulduzlarının da tribunada yer alması olub. Joao Feliks, Vitinya, Joao Kanselo və Joao Neveş gənc futbolçunun U-17 millisindəki ilk oyununu stadiondan canlı izləyiblər.
Qeyd edək ki, daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinən Kriştiano Ronaldo Juniyor bu yaş qruplarında keçirdiyi 13 oyunda 5 qola imza atıb. Atasının milli karyerasını başa vurmasından cəmi bir neçə gün sonra onun U-17 komandasında debüt etməsi futbol ictimaiyyətində xüsusi rəmzi məna ilə qarşılanıb.
Baxış sayı:81
Bu xəbər 13 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















