Ronaldunun yeni məşqçisi bəlli oldu
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, avstraliyalı mütəxəssis Angelos Postekoqlu klubla 2 illik müqavilə imzalayıb. pizza mizza
O, bu postda portuqaliyalı Jorje Jezuşu əvəz edib.
Xatırladaq ki, Jezuş ötən mövsüm komandanı çempionluğa daşısa da, mövsümün sonunda klubdan ayrılmışdı. "Ən-Nəsr" Kriştianu Ronaldunun 2023-cü ildə heyətə qoşulmasından sonra ilk dəfə ölkə çempionluğunu qazanmışdı.
Qeyd edək ki, Postekoqlunun son iş yeri İngiltərənin "Nottingem Forest" klubu olub. O, daha əvvəl "Tottenhem", "Seltik", həmçinin Yaponiyanın "Yokohama F.Marinos" və Yunanıstanın "Panahaiki" klublarını çalışdırıb./Oxu.az
Baxış sayı:70
Bu xəbər 03 İyul 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















