Icma.az
close
up
RU
“Roots of Peace”in qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir

“Roots of Peace”in qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir

Qarabağda minaları üzüm tənəklərinə çevirmək əzmi var. Ümid edirəm ki, Bakıda keçirilən COP29 iqlim konfransı kənd təsərrüfatı sayəsində sülhün mümkün olduğuna nümunə olacaq.

Bu barədə “Report”a “Roots of Peace” QHT-nin qurucusu Heidi Kühn bildirib.

"Mən Azərbaycana üç dəfə səfər etmişəm. Qarabağdakı mina sahələrini görmüşəm. Bu öldürücü "terror toxumlarını" təmizləmək və Qarabağın gözəl kənd təsərrüfatı torpaqlarını bərpa etmək mənəvi məsuliyyətimizdir", - o qeyd edib.

H.Kühn vurğulayıb ki, Qarabağ keçmişdə üzüm bağları ilə məşhur olub.

O əlavə edib ki, bu regionun təbii zənginliyi və məhsuldarlığı bərpa olunaraq həyata qaytarılmalıdır: "Kənd təsərrüfatı sülhə körpü ola bilər".

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:18
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri