Roots of Peacein qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir
Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Roots of Peace"in qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Qarabağda minaları üzüm tənəklərinə çevirmək əzmi var. Ümid edirəm ki, Bakıda keçirilən COP29 iqlim konfransı kənd təsərrüfatı sayəsində sülhün mümkün olduğuna nümunə olacaq.
Bu barədə "Report"a "Roots of Peace" QHT-nin qurucusu Heidi Kühn bildirib.
"Mən Azərbaycana üç dəfə səfər etmişəm. Qarabağdakı mina sahələrini görmüşəm. Bu öldürücü "terror toxumlarını" təmizləmək və Qarabağın gözəl kənd təsərrüfatı torpaqlarını bərpa etmək mənəvi məsuliyyətimizdir", - o qeyd edib.
H.Kühn vurğulayıb ki, Qarabağ keçmişdə üzüm bağları ilə məşhur olub.
O əlavə edib ki, bu regionun təbii zənginliyi və məhsuldarlığı bərpa olunaraq həyata qaytarılmalıdır: "Kənd təsərrüfatı sülhə körpü ola bilər".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255

“Roots of Peace”in qurucusu: Qarabağın aqrar potensialını bərpa etmək ümumi vəzifəmizdir
16 Noyabr 2024 16:11
Qarabağın transfer etmək istədiyi yarımmüdafiəçi kimdir?
03 Yanvar 2025 21:15
Qarabağın əvəzedicilərindən darmadağın
24 Noyabr 2024 18:46
Qarabağın rəqibindən qələbə
24 Noyabr 2024 12:26
Qarabağın növbəti qələbəsi
23 Noyabr 2024 18:59

