Ukrayna Rostovdakı hərbi aerodromu vurdu AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 23-ü axşam saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələr eyniadlı hərbi aerodromun yerləşdiyi Rostov vilayətinin Millerovo şəhərinə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar və Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Slyusarın sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri dekabrın 23-də axşam saatlarında Millerovo bölgəsində Ukraynaya məxsus pilotsuz təyyarəni vurmağa nail olub. Müdafiə Nazirliyi öz növbəsində həmin saatlarda Rostov vilayəti üzərində 12 pilotsuz təyyarənin vurulduğunu bildirib. Nazirlik hücumun dəqiq hara edildiyini açıqlamayıb.
Qubernator iddia edib ki, hücum nəticəsində itki yoxdur.
Yerli teleqram kanalları isə Millerovo hərbi aerodromunda partlayış və yanğınların videolarını dərc edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















