Icma.az
close
up
RU
Röya hicabla bağlı elə sözlər dedi ki...

Röya hicabla bağlı elə sözlər dedi ki...

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərqli davranmamağı aşılamışam. Əminəm ki, çox valideyn də övladlarını bu yöndə yetişdirməyə çalışır”.

Avtosfer.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqram hesabında paylaşıb. Müğənni valideynləri və həmkarlarını verilən qərara dəstək olmağa çağırıb:

“Nəticədə biz bu Vətənin övladıyıq. Gələcəyə bir ana, bir əsgər yetişdiririk. Həyatımızdakı bütün çətinliklərə baxmayaraq, onların gələcəyini parlaq, işıqlı görmək istəyirik. İllərlə basqı altında böyüyən neçə-neçə valideynlər var ki, bu gün travma saydıqları keçmişdən qurtulmaq istəyirlər. Ancaq biz bunları yaşayıb nəticə çıxarmışıqsa, onları zorla istəmədikləri bir işə alət etməyimiz düzgün deyil. Qoy övladlarımız rahat böyüsün, gələcəyini seçmə şansı olsun. Bundan gözəl nə var? Təbii ki, valideyn kimi hər zaman onları yanlış yoldan döndərməli, təhsilə, elmə, biliyə yönləndirməliyik. Qoy bütün balalarımız savadlı olsun, istədiyi peşəyə yönəlsin, Vətəninə, dövlətinə yararlı insan olsun.

Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz. Necə ki, zamanında sərhədlərin bağlı qalmasına etiraz edirdiniz, halbuki o bağlı sərhədlər qonşuluğumuzdakı müharibələrin bizə sıçramasının qarşısını aldı.

Əziz həmkarlarım, bu məsələdə heç birimiz susmamalı, azərbaycanlı mövqeyimizi ortaya qoymalıyıq. Azərbaycan dövlətini və onun qanunlarını dəstəkləməliyik. Heç bir linç kampaniyasına, kənar müdaxilələrə baxmamalıyıq, bilməliyik ki, dövlətimizin mövqeyini müdafiə edirik və onun yanındayıq! Hamımız bu Vətənin övladlarıyıq, ona sahib çıxaq, təxribatlara uymayaq, əzizlərim”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Oktyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri