Rubio ABŞ ın İranla münaqişədə qələbəsinin əsas şərtini açıqlayıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ üçün İranla münaqişədə qələbə Tehranın nüvə silahı yaratmaq üçün maliyyə və texnoloji imkanlardan birdəfəlik məhrum edilməsindən ibarət olacaq.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Federalist Cəmiyyətində çıxışından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Düşünürəm ki, qələbə onların heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir. Bu isə o deməkdir ki, onların bunun üçün nə pulu, nə də avadanlığı olmalıdır”, – Rubio deyib.
Dövlət katibi ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin artıq ciddi nəticələr verdiyini iddia edib.
“Hazırda bu rejimə vurduğumuz iqtisadi zərər o qədər böyükdür ki, hərbi əməliyyatlara ehtiyac yoxdur. Çünki biz onları çox ciddi şəkildə zəiflətmişik”, – o vurğulayıb.
Baxış sayı:158
Bu xəbər 14 Noyabr 2026 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















